23.04.2018 11:05
Zakir Fərəcov üç sahibkarı süründürür - 325 min necə batırıldı?
Sumqayıt sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşüblər.
325 min manat miqdarında zərərin dəyməsi məhkəmə tərəfindən təsdiqlənib.
Bu, zərəri ödəməli olan tərəf – “Karvan”ın rəhbəri tərəfindən də təsdiqlənib. Ancaq əyən zərəri 5 ildir ödəmək istəmir.
Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində o zaman cinayət işi başlanıb..
O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib-red) bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ödəniş sahibkarlar arasında bölünəcək.
“Bizə - Şiralı Əsgərova (170 min), Füzuli Quliyevə (55 min), Dilavər Abdullayevaya (100 min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.
Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.
Amma hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da, indi kimlərəsə arxalanaraq gah sığortanı, gah başqa şeyləri bəhanə gətirərək, bizə dəyən ziyanı ödəmək istəmir”-deyə şikayətçilər bildirib.
“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalamışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi”,_deyə sakinlər gileylənir.
XəzərNews.az FİA.Az-a istinadən xəbər verir ki, sahibkarlar 2016-cı il, dekabrın axırında Baş prokurorun müavini Rüstəm Usubovla görüşüb.
2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov onları qəbul edib.
“Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə bir az vaxt verin bu məsələni araşdıraram”. Amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.
Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki, aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın.
İcra başçısı bizi sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi. Bildirdi ki, üstündən 5 il keçsə də məsələ həllini tapmalıdır.
Yazılı şəkildə müavini Fəzail Hüseynova göstəriş verdi ki, bizim problem araşdırılsın və qarşı tərəf -”Karvan”ın rəhbərliyinə bildirilisin ki, dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir.
Bu il aprelin 14 -ü icra hakimiyyətinə gəldik ,lakin bizə dedilər ki, icra başçısının müavini Fəzail Hüseynov səhhəti ilə bağlı problem olduğundan bizi qəbul edə bilməyəcək”.
Məktubda bildirilir ki, ayın 16-sı yenidən icra hakimiyyətinə gəldik: “Lakin səhər tezdən icra hakimiyyətinin binasının qarşısında saatlarla-6-7 saat gözləsək də bizi içəri buraxmadılar, məsul şəxslə görüşdürmədilər.
Sonda Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırova zəng etdik və Fəzail Hüseynov bizi qəbul etdi.
Onu da qeyd edək ki, Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vafadar Bağırov bizi güc-bəla ilə də olsa qəbula salmaqla öz işini bitmiş hesab edir.
Amma Fəzail Hüseynovla görüşsək də, sonradan qarşı tərəf -”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də, bu barədə məsləhətləşdiyini, fikirləşdiyini desə də, sonradan ödəməkdən boyun qaçırdı. Hörmətli Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş, havada qaldı.
Məlumata görə bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsində məsul vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir, zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir, pulu ödəməmək üçün mane törədir”.
Xəbər 2365 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|