XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


30.11.2024  18:27 

İsrail İrana qarşı müharibəyə hazırlaşır - ABŞ İsrailə dəstək verəcək





A+  A-

Faktiki olaraq İranın dini həyatı, siyasəti və hərbisi SEPAH-ın monopoliyasındadır. Baxmayaraq ki, son iki ayda onun üzərində nəzarət artırılıb, daxilində müəyyən əlavə nəzarət üçün qurumlar yaradılıb. İran və ətrafında baş verənlərin hamısına SEPAH məsuliyyət daşıyır.



İranın ali dini liderinin yeganə məlumat mənbəyi də SEPAH-dır. Bəlkə də, İranın tarixi boyu daxili və xaricində olan gərginlik belə maksimal səviyyəyə çatmamışdı. Yeganə düzgün qərar Azərbaycanın rolunu dəyərləndirməkdir.

SEPAH istənilən anda qərarını dəyişə bilər. Azərbaycan yaranmış vəziyyətdə İrana kömək edə bilər, amma bu, Azərbaycanın özü üçün çox böyük risk yaradar.
İran bir tərəfdən Ərəb dövlətləri ilə münasibətləri normallaşdırmaq istəyir, onların İsraillə real münasibətini görmür, özünü görməməzliyə vurur. Ona görə də daxilində ərəb dini icmasının təmsilçilərini incitməyə başlayıb.

İran Türkiyə ilə müharibə vəziyyətindədir. İldə 250 min ton İrandan Türkiyəyə yük daşınır. Onun ¼-i Avropaya ixrac anlamındadır. Türkiyə və Avropaya İranın ixracı dayanarsa, bu İran üçün iqtisadi fəlakət olar. Azərbaycan bu boyda yükü Gürcüstan vasitəsilə Qərb dövlətlərinə çıxara bilməyəcək. Bu vaxta qədər İran belə hazırlığa şərait yaratmayıb. İranı da nəzərə alaraq Gürcüstan üzərində Qərb istiqamətində son dövrlərdə kommunikasiya və energetika sahəsində görülən işlər əvvəlki prezidentlərlə əldə olunmuş razılaşmaların nəticəsidir. Hazırda bunlara yalnız Azərbaycan riayət edir, İran isə əməl etmir.

Rusiya ilə İran “siçan-pişik” oyunundadır. İranın Amerika və Qərblə münasibətini “pişik Leopold”un davranışı ilə müqayisə etmək olar: Dostlar, gəlin mehriban olaq! İranın Qərblə münasibətləri daimi yalvarış vəziyyətindədir. D.Trampın hakimiyyətə gəlişi İranın vəziyyətini xeyli gərginləşdirəcək.

İran Çinlə münasibətini tamamilə dəyişmək məcburiyyətindədir. Belə vəziyyətdə yeganə çıxış yolu yalnız Azərbaycanla qurula bilər. Azərbaycana da bu adı çəkilən dövlətlərin hamısı təzyiq edə bilər. Azərbaycan ayrı-ayrılıqda bu dövlətlərlə İran istiqamətində olan təzyiqləri neytrallaşdıra, idarə edə bilib.

İndi İranın təziqlərinə Azərbaycanın dözmək fikri yoxdur.

Türkiyə, Rusiya və ABŞ tərəfindən İran tutumlu təzyiqlərə Azərbaycanın dözmək imkanı yoxdur. Xüsusilə, İran Azərbaycan tarixini, dövlətçiliyinin, rəhbərliyinin ən qatı düşməni kimi siyasət aparıb.

İran, SEPAH rəhbərliyi Ermənistanda səfirliyin əməkdaşlarının dini mənsubiyyəti barədə məlumat verməlidir. Onlar doğrudanmı müsəlmandır, əmir-bemərufə aiddirlərmi? Belədirsə, o səfirliyin əməkdaşlarının bəziləri azərbaycanlı şiəni öldürən erməni qatilin İran tərəfindən iki dəfə mükafatlandırılması mərasimində iştirak ediblər. Tədbirin əsas məqamları İranın paytaxtı Tehranda yerləşən Ermənistan Respublikasının səfirliyində baş verib və bu prosesə İran rəsmiləri də qatılıblar. Əmri-bemərufun qüvvədə qalıb-qalmamasına SEPAH münasibət bildirməlidir.

SEPAH-ın elmi, dini və siyasi dünyagörüşü fərqlidir. Bunun nəticəsidir ki, Azərbaycan ABŞ-nin və Rusiyanın İrana qarşı birgə iş aparmaq təklifini rədd edir. Özü İsrailə yalvarır, xərc tökür ki, gəl İrana qarşı iş aparaq. ABŞ və Rusiya hər ikisi dünyanın nüvə dövlətidir, BMT TŞ-nin daimi üzvüdür. Yəni bu necə ola bilər ki, Azərbaycan onu hər cür müdafiə edə bilən dövlətlərin sözü ilə İranın üstünə getmir, özü pul, maya qoyur İsraili İranın üstünə birgə hücuma cəlb edir?

SEPAH Azərbaycan Respublikasının daxilində ola-ola, İrandan dəfələrlə kiçik Ermənistan Azərbaycanın torpaqlarını necə işğal edib?

İranın prezidenti Rəfsəncani Azərbaycanda səfərdə olduğu günü Zəngilan işğal edildi.
Livanla İsrail arasında bağlanmış sülh müqaviləsinin İran tərəfindən təfsiri birbaşa bu dövlətin əleyhinədir. İran özünü aldatma mərhələsindədir. Bu regiona da zərbə vura bilər. Orada güzəşt kimi görünən bəzi məsələlər də ABŞ-nin İsrailə diktəsində baş verib. Məqsəd İsrailin arzusunun yerinə yetirilməsidir. İsrail İrana qarşı müharibəyə hazırlaşır və bu məsələdə ABŞ İsrailə tam dəstək verəcəkdir.

Zəngəzur dəhlizi ətrafında baş verənlərlə bağlı SEPAH-ın xüsusi izahına ehtiyac var. Ən yaxşı variant Zəngəzur dəhlizindən istifadə etməkdir. SEPAH anlamırdı ki, Türkiyə ilə işlək əlaqələri olduğu halda Zəngəzur dəhlizini Azərbaycan və Türkiyə ilə qarşıdurma mövzusuna çevirməməlidir.

Xəbər 1265 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +