“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
İstifadəyə yararsız 70 kq ət aşkarlandı
Neft 36 dollardan satılır
“Toyota” və “VAZ” yandı
5G-yə keçən ilk ÖLKƏ
Sabahın hava proqnozu
Ordumuzun təlimləri başa çatdı
Honkonq polisi 120 etirazçını saxladı
Neftin qiyməti bahalaşır
Qazaxıstan bütün hava limanlarını açır


16.02.2018  08:52 

Kimlərin maaşı artdı - 25 manatdan 120 manata qədər artım





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılacaq professor və dosentlərin sayı dəqiqləşdirilib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, çalışan və elmi adı olan 1.400 alimin - 1.060 dosent, 340 professorun əməkhaqqına artım əlavə ediləcək. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək. Artım yanvarın 1-dən hesablanacaq. Alimlərə artımların fevral ayının maaşını alarkən ödənilməsi nəzərdə tutulur.

Dosent və professorların vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi stajı nəzərə alınacaq.

Bu qərara əsasən, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, indiyədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

Xəbər 1485 dəfə oxunub.



26.05.2020  13:21 

Sabahın hava proqnozu

26.05.2020  10:46 

Neft 36 dollardan satılır

26.05.2020  09:14 

“Toyota” və “VAZ” yandı

25.05.2020  17:19 

5G-yə keçən ilk ÖLKƏ

25.05.2020  16:43 

Sabahın hava proqnozu

25.05.2020  15:28 

Ordumuzun təlimləri başa çatdı

25.05.2020  12:36 

İspaniya La Liqası başlayır

25.05.2020  12:10 

Neftin qiyməti bahalaşır

25.05.2020  10:52 

Ağdaşda narkotik əməliyyatı

25.05.2020  09:41 

Ermənilər atəşkəsi pozdu


BÜTÜN XƏBƏRLƏR +