Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


20.12.2017  10:16 

“FHN polkovniki” pulları kimə verib?





A+  A-

Bakı Apellyasiya Məhkəməsində özünü “FHN polkovniki” kimi təqdim edərək dələduzluq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən iş baxışa verilib.

Proses yanvarın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. Polkovnik zərərçəkmişlərdən 670 min manat alıb qaytarmayıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmədə ifadə verərək aldığı pulları təcridxanada özünü asaraq intihar edən MTN polkovniki İlqar Məmmədova verdiyini deyib.

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +