Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir?
Həbib Konorla revanş görüşündən imtina etdi
Şamaxıda zəlzələ olub
Cəbhədə atəşkəs pozulub
İngiltərənin tarixi adası satışa çıxarıldı
Konsulluqda 9 saatlıq araşdırma başa çatdı
Meyvezerdən Həbibin çağırışına - Cavab
“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir
Sürüşmə zonasında gərginlik davam edir
Bu ölkə “Eurovision”dan imtina etdi


21.11.2017  16:11 

Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır?





A+  A-

Avtomobillərinin icbari sığorta müddətinin bitməsinə az qalan şəxslərə müxtəlif sığorta şirkətlərinin əməkdaşları dayanmadan zəng edir.
Son zamanlar sosial şəbəkələrdə sürücülər sığorta sektorunun əməkdaşlarından şikayətlərini bildirirlər. Söhbət avtomobillərini icbari qaydada sığortalayan sürücülərin mobil telefonlarına edilən çoxsaylı zənglərdən gedir. Belə ki, avtomobillərinin icbari sığorta müddətinin bitməsinə az qalan şəxslərin sözlərinə görə, onlara müxtəlif sığorta şirkətlərinin əməkdaşları dayanmadan zəng edərək, əmlaklarını öz şirkətlərində sığorta etdirməyi təklif edirlər.

İnsanların şəxsi mobil nömrələrinin şirkətlər tərəfindən necə öyrənilməsinə gəlincə isə ekspertlər bildirirlər ki, sürücülərin şəxsi məlumatları bir neçə yerdə ələ keçə bilər. Birincisi, avtomobillərin icbari sığortası ilə bağlı şəxsi məlumatları İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində qeyd edilir. Digər tərəfdən, avtomobillərin alqı-satqı prosesində icbari sığorta müqaviləsi də tələb edilir. Avtomobilin alqı-satqısı zamanı notariusda, qeydiyyata alınanda isə DYP-də icbari sığorta müqaviləsi tələb edilir. Avtomobil sahiblərinin şəxsi məlumatları, o cümlədən mobil nömrələri yalnız bu şəkildə sığorta agentinə və ya satış nümayəndəsinə ötürülə bilər.

XəzərNews.az bildirir ki, AZXEBER.COM-a danışan ekspert Ərşad Hüseynov mövcud problemin hər ilin sonunda aktuallaşdığını etiraf edib. Onun fikrincə, bu zənglərin müsbət və mənfi tərəfləri mövcuddur:

"Bəzən sürücülər siğorta şirkətlərinin zənglərindən bezdiklərini iddia edirlər. Amma sizi əmin edirəm ki, bu zənglər olmasa sürücülərin böyük əksəriyyəti siğortanın bitməsindən xəbərdar olmayacaqlar. Nəticədə yol polisi saxlayıb cəriməni yazacaq. Təbii ki, bu zənglərin olması arzuedilən deyil”.

Ekspertin sözlərinə görə, cəmiyyətdə DYP-nin sürücülərin nömrələrini siğorta şirkətlərinə satması ilə bağlı iddialar da mövcuddur. O, həm də siğorta şirkətlərində sürücülərlə bağlı fərdi məlumatların olduğunu deyib:

"Hamı düşünür ki, DYP bu məlumatları siğorta şirkətlərinə satır. Amma ötən gün DYP tərəfindən bu iddialar təkzib edildi. Əslində biz hamımız bundan öncə siğorta etdirmişiksə, bu zaman müqavilədə bizim fərdi məlumatlarımız qeyd edilir. Avtomobilimizin markası, telefon nömrəmiz və digərləri. Təbii ki, siğortaçılar arasında belə bir gizlilik mövcud deyil. Onlar yığımları artırmaq üçün bir-biriləri ilə bu məlumatları bölüşürlər. Bunun nə dərəcədə uğurlu marketinq planlaması olduğunu deyə bilmərəm, amma bu məlumatların təkcə DYP-dən çıxmadığını da qəbul etməkdə fayda var”.

Bir məqamı da deyək ki, ekspertlərin sözlərinə görə, ölkədə sığorta şirkətlərinin əksəriyyətinin fəaliyyəti heç də qənaətbəxş hesab olunmur. Bunu sığorta şirkətlərindən şikayət edənlərin sayından da görmək olar. Belə ki, 2014-cü ildə dövlət başçısına 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. 2015-ci ilin ilk 2 ayında isə bu rəqəm 170 olub. Şikayətçilər bildiriblər ki, sığorta şirkətləri ehtiyac olduğu zamanda müxtəlif bəhanələr gətirərək, onlara dəymiş zərəri ödəməkdən boyun qaçırırlar.

Bundan başqa vətəndaşları ən çox zəngləri ilə bezdirən siğorta şirkətlərindən "Atəşgah”, "Standart”, "Bakı Sığorta”, "Paşa Siğorta", "Azsiğorta" kimi şirkətlərin adları üstünlük təşkil edir.

Xəbər 938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2018  11:18 

Şamaxıda zəlzələ olub

16.10.2018  11:06 

Cəbhədə atəşkəs pozulub

16.10.2018  10:27 

Daha bir ovçu cərimələndi

16.10.2018  10:08 

Badamdarda hasar sürüşdü

16.10.2018  09:57 

Etimad Əsədov vəfat etdi

15.10.2018  23:46 

Nigeriyada ölənlərin sayı artdı

15.10.2018  19:17 

Sabahkı məzənnə

15.10.2018  18:32 

Prezident yolun açılışını etdi

15.10.2018  18:06 

Turun oyun cədvəli açıqlandı

15.10.2018  16:48 

Prezident Lerikdə

15.10.2018  16:09 

14 sərxoş sürücü aşkarlandı

15.10.2018  14:08 

Yağış yağacaq, leysan olacaq...


BÜTÜN XƏBƏRLƏR +