Əli Nağıyev DTX rəisi oldu
Ramil Usubov nazir vəzifəsindən azad edildi
827 güzəştli mənzil satışa çıxarılacaq
Pensiyalar yenə artacaq - Tarix açıqlandı
ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya
Məmmədyarov həmsədrlərlə görüşdü
İran ABŞ-ın pilotsuz aparatını vurdu
Cəbhədən nə xəbər?
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür
Paşinyan Qarabağda müharibə istəyir


28.04.2017  10:06 

Nazirin sahəsində xaos - 6 tonluq murdar ət QALMAQALI





A+  A-

"Elba" şirkətinin kəsim sexində 6 ton murdar ət aşkarlandı; polisin keçirdiyi əməliyyat ortaya növbəti dəhşətli mənzərəni çıxardı; kənd təsərrüfatı naziri rəhbərlik etdiyi sektorda niyə düzən yarada bilmir?; Elçin Rüstəmovu prezidentin müşavirəsində çıxışa yazdıran məmurlarlar cəzalandırıla bilər
Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999" MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Bu haqda Daşkəsən rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, “Elba 999" şirkətinin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıda və ölkənin başqa rayonları ərazisində dönər mağazalarına burdan murdar ət göndərilirmiş.

Məlumatda bildirilir ki, murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub. Bu ətlərin kəsim sexinə Daşkəsənin baş baytarı Füzuli Nağıyevin möhürü ilə qəbul edildiyi bildirilir. Baytar həkim guya bu ətlərin mənşəyinin məlum olduğu, gigiyenik baxımdan normalara cavab verdiyi haqda arayış verirmiş. Mənbənin dediyinə görə, bu iş üçün həkimə “Elba 999" şirkətinin rəhbəri Elçin Rüstəmov rüşvət verirmiş.

Hazırda fakt üzrə araşdırma aparıldığı, saxlanılan şəxslərin istintaqa ifadə verdikləri bildirilir.

Xatırladaq ki, “Elba 999" MMC 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərir. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var. 2015-ci ildə MMC-nin Gəncədəki ət kombinatının açılışında ölkə prezidenti İlham Əliyev iştirak edib. ”Elba 999" MMC-nin Gəncədə və Bakıda Has Dönər Haus dönər şəbəkələri var. Deyilənə görə, həmin dönər məntəqələrində əhaliyə murdar ətdən hazırlanmış yeməklər satılır.



“Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov

XəzərNews.az-ın xəbərinə görə, Musavat.com-a daxil olan məlumatda o da bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Gəncəyə və Daşkəsənə ezam olunublar. Türkiyədə səfərdə olan nazir Heydər Əsədova da bu haqda məlumat verildiyi deyilir.



Mənbənin bildirdiyinə görə, Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalara “Elba 999" MMC-nin dəstəyi və yaxından iştirakı ilə mənşəyi məlum olmayan ət göndərilir. Bu prosesin neçə illərdir davam etdiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, “Elba 999" MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edilib. Onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi istisna edilmir.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bu barədə bildirib. Gəncə şəhər sakini 60 yaşlı Namiq Əliyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobili saxlanılıb. “Polis əməkdaşları tərəfindən sürücü Namiq Əliyevə məxsus maşında 1000 kiloqram mənşəyini təsdiq edən sənədləri olmayan ət aşkarlanıb. Ətin ”Elba 999" MMC-yə aid olduğu bəlli olub", - Y.Xanvəli deyib.



Bundan sonra MMC-nin 2 saylı kamerasında 2 baş heyvana məxsus baş-ayaq aşkarlanıb, 1 saylı kamerada isə hər biri 20 kiloqram olmaqla, 260 qutu ət olub. Ümumilikdə 5 min 680 kiloqram sümükdən ayrılmış ət aşkarlanıb. Bundan əlavə, 360 kiloqram iç piyi olub. Kameralardakı ətin sağlamlığını, haradan alındığını təsdiqləyən sənədlər olmayıb. “Daşkəsən rayon baytarlıq xidmətinə sexin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat verilib. Mətbuatda ətin baytarlar tərəfindən yoxlanılması və ya baytar həkimlərin MMC ilə əlaqələrini əks etdirən iddiaların əsası yoxdur. Həmin sex gizli fəaliyyət göstərib”, -Y.Xanvəli əlavə edib.



Redaksiyanı bilgiləndirən mənbə onu da deyib ki, Elçin Rüstəmovun banklara 100 milyon manatdan çox kredit borcu var. O, krediti qaytara bilmədiyi üçün ölkədən çıxışına qadağa qoyulub. E.Rüstəmovun Daşkəsənin sabiq icra başçısı Tahir Kərimovla da əlaqələri barədə məlumatlar əldə etmişik. İddialara görə, Tahir Kərimov Daşkəsəndə başçı olduğu vaxtlarda Elçin Rüstəmova himayədarlıq edəcəyi vədi ilə ondan 5 milyon rüşvət alıb. Deyilənə görə, bu pulun müqabilində Tahir Kərimov Elçin Rüstəmovun prezidentin rəhbərlik etdiyi müşavirədə iştirakını və hətta çıxışını təşkil etdirib. Mənbəmizin bizə verdiyi bilgidə deyilir ki, Tahir Kərimov “yuxarılara” Elçin Rüstəmovu çalışqan və fədakar iş adamı kimi təqdim edibmiş. Belə çıxır ki, T.Kərimov hökumətdəki ən yuxarı instansiyaları aldadaraq bir leş alverçisini iş adamı kimi sırıyıb. Görünür, bu cür qara əməllərinə görə Tahir Kərimov vəzifəsindən qovulub. Xatırladaq ki, T.Kərimovun sonuncu iş yeri Salyan rayonunun icra başçısı vəzifəsi olub. O, prezidentin sərəncamı ilə 2016-cı ilin mart ayında tutduğu vəzifədən azad edilib. Mətbuat həmin vaxt yazırdı ki, T.Kərimov işdə yol verdiyi ciddi qüsurlara, yanlışlığa görə qəzəbə gəlib. Onun rayonda əhali ilə kobud davrandığı, özünü kiçik padşah kimi apardığı, həddən artıq korrupsiyaya bulaşdığı iddia edilir.



***
Leş ət alverinin qarşısının alınmaması kənd təsərrüfatı naziri Heydər Əsədovun adını da gündəmə gətirir. Birbaşa onun nəzarətindəki sahədə bu xoşagəlməz prosesin qarşısının alınmaması ortaya ciddi suallar çıxarır. Əcəba, leş mafiyası Heydər Əsədovun himayəsindədimi? Bu qorxulu prosesin qarşısının alınmamasında cənab Əsədov maraqlıdımı? Kimsə bu suallara dəqiq cavab verə bilməz. “Yeni Müsavat” bugünlərdə H.Əsədovla mövzu ilə bağlı danışmaq istəsə də, hər dəfə cəhdlərimiz boşa çıxıb. Ümid edirik, Heydər Əsədov ölkənin, millətin taleyinə birbaşa dəxli olan bu mövzuda bizə danışacaq, cəmiyyəti narahat edən suallara ətraflı cavab verəcək.


Xəbər 1481 dəfə oxunub.




20.06.2019  18:34 

Əli Nağıyev DTX rəisi oldu

20.06.2019  16:18 

“06”sından 3 kq heroin çıxdı

20.06.2019  15:07 

Bakıxanovda 12 minlik oğurluq

20.06.2019  11:18 

İyunda 11 nəfəri ilan sancıb

20.06.2019  10:08 

Cəbhədən nə xəbər?

19.06.2019  23:11 

Fuad Abbasov aclığı dayandırdı


BÜTÜN XƏBƏRLƏR +