Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


26.09.2025  17:35 

Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?





A+  A-

Səhiyyə nazirinin müavini İlqar Qasımovun göstərişi ilə icbari tibbi müayinədən keçməli olan obliqat qrupa daxil işçilərin yalnız dövlət səhiyyə müəssisələrində müayinədən keçirilməsi tələb olunur.

XəzərNews.az xəbər verir ki, bu barədə Publika.az-ın redaksiyasına qida sektorunda fəaliyyət göstərən fərdi sahibkar məlumat verib.

Sahibkarın sözlərinə görə, bu tələb 15 may 2014-cü il tarixli, 24/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndi ilə əsaslandırılsa da, həmin sənəddə müayinələrin yalnız dövlət tibb müəssisələrində aparılması ilə bağlı hər hansı məhdudiyyət yer almır.

Müraciətdə qeyd edilir ki, mövcud qanunvericilik işçilərin tibbi müayinədən keçməsini tələb etsə də, bu müayinələrin yalnız dövlət müəssisələrində aparılmasını şərtləndirən norma yoxdur. Sahibkar hesab edir ki, bu yanaşma Azərbaycan Konstitusiyasında təsbit olunmuş sağlamlığın qorunması hüququnun pozulmasına səbəb olur.

Məsələ ilə bağlı danışan hüquqşünas İnsaf Nəsirovun bildirib ki, müalicə-profilaktika müəssisəsinin yalnız dövlət səhiyyə sisteminə aid edilməsi barədə yanaşma həm hüquqi baxımdan əsassız, həm də qanunsuzdur:

“Azərbaycan Respublikasının qanunvericiliyində bu barədə hər hansı məcburi müddəa mövcud deyil. Bu cür yanaşma vətəndaşların bərabərlik hüququnun pozulmasına, özəl tibb müəssisələrinə qarşı isə açıq şəkildə ayrı-seçkilik hallarına yol açır. Bundan əlavə, belə bir mövqe həm şəxslərin azad sahibkarlıq hüququnu, həm də Konstitusiyada təsbit olunmuş sağlamlığın qorunması hüququnu məhdudlaşdırır”.


Xəbər 4010 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +