Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.04.2017  11:45 

“Holcim“in İŞİD-ə pul ödədiyi üzə çıxıb, şirkət rəhbəri istefa verdi





A+  A-

"LafargeHolcim Group" 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib.
Bu barədə "Financial Times" yazır.

Nəşrin iddiasına görə, şirkət daxili araşdırmaların nəticəsi olaraq şirkət baş icraçı direktoru Erik Olsen (Eric Olsen) istefa verib.

"Şirkətin bəzi əməkdaşları etiraf ediblər ki, nəhəng sement istehsalçısı Suriyanın Cələbiyə adlanan ərazisində yerləşən zavodun təhlükəsiz fəaliyyət göstərməsi üçün bəzi "qəbuledilməz razılaşmaları" qəbul edib", - deyə məlumatda qeyd edilib.

Fransa mətbuatına danışan şirkətin bəzi əməkdaşları isə bildirib ki, qeyri-qanuni ödənişlərin bir qismi birbaşa olaraq İŞİD-ə göndərilib, əvəzində terror təşkilatı zavodun təhlükəsizliyini təmin edib.

Qeyd edək ki, "Holcim (Azərbaycan)" (keçmiş "Qaradağ Sement") "LafargeHolcim Group"un törəmə müəssisəsidir.

"Holcim (Azərbaycan)" ASC-də səhmdarların pay bölgüsü bu cürdür: "Azərbaycan İnvestisiya Şirkəti" (10%), "Holcim LTD" (69,4%), Avropa Yenidənqurma və Yenidənqurma Bankı (10%) və yerli investorlar (10,6%).

(apa.az)

Xəbər 2523 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +