Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.10.2025  15:32 

Nazirlikdən imtina cavabı aldılar -FOTO





A+  A-

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

XəzərNews.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.

Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.



Xəbər 5377 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +