Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.10.2025  10:28 

Həbsdən azad olunan “Vüsal 300“ kimi tanınan iş adamı kimdir?





A+  A-

Bir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb.

XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınları icarəverən kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

Xəbər 5103 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +