Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.10.2025  17:08 

Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?





A+  A-

Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

XəzərNews.az xəbər verir ki, Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub.

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o bildirib.

Qeyd edək ki, hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir. Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-in deputatlarının sayı 1-ə enəcək.

Xəbər 3534 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +