Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


04.02.2025  19:11 

SİMA AZAL-ın portalına “paz”dır - ŞİKAYƏT





A+  A-

"SİMA mobil applikasiyası yaradıb Azərbaycan vətəndaşının dövlət orqanlarının virtual əməliyyatlarında kimliyini təstiq edirlər. Əvvəl "Asan İmza" yaratdılar, qeyd olunan portallara girərkən yaxşı pul qazandılar. İndi də SİMA-nı yaxşı reklam edib, lazım oldu olmadı ürəkləri istəyən portallara əlavə edirlər, guya vətəndaşın loyallığı üçün edirlər, bir müddətdən sonra yəqin bunu da pullu edərlər".

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə fəalı Rəhman Seyidzadə çıxış edib.

R.Seyidzadəni narahat edən əsas məsələ AZAL - "Azerbaijan Airlines"in Naxçıvan MR-a getmək üçün onlayn bilet alarkən smart telefonda SİMA proqramının olmasıdır:

"Əvvəllər kassaların qarşısında sübh tezdən çox əziyyətlə növbəyə durub bilet alırdılar, sonra sağ olsunlar online bilet almaq imkanı yaradıldı, dilimiz şükürə yenicə alışmışdı ki, SİMA-nı paz elədilər. Mənim sualım AZAL rəhbərliyinədir: Siz bu bürokratik əngəli AZAL-ın portalına “paz” edərkən, düşündünüzmü ki, Naxçıvana gedən sərnişinlərdən ahıl, xəstə, fiziki imkanları məhdud olanları var? Cavan vətəndaşlar öz atası, babası, nənəsi üçün Bakıdan oturub asanlıqla bilet ala bilirdi. Nə üçün AZAL-ın portalında xarici vətəndaşlar üçün SİMA lazım olmur, asanlıqla bilet ala bilər? Başa düşüləndir xarici vətəndaşın şəxsiyyətini təstiq edən sənədlərlə DİN məlumat bazası uyğunsuzluq təşkil edir. Demək ki, nəticədə SİMA-sız da bilet almaq mümkündür. Kimin təxəyyülünün məhsuludur bu? Naxçıvan MR Şahbuz rayonu Kükü kəndində yaşayan ahıl bir vətəndaş övladının yanına və ya müalicə məqsədli Bakıya gəlmək üçün nə etməlidir? Elə ahıl var ki, heç sadə mobil telefonu belə yoxdur, çünki istifadə etməyi bacarmır. Bəs bu ahıl nə etsin? Ölkə Başçısının Azərbaycan vətəndaşının dövlət orqanlarına əlçatanlığının asanlaşması üçün kifayət qədər fərmanları, sərəncamları var. Bunları vətəndaşların rahatlığı üçün edir. Bəs sizlər nə edirsiniz? Mütləqdir ki, sizin yaratıqlarınız bürokratiyanı cənab Prezidentə şikayət edək, ondan sonra bu kimi problemləri aradan qaldırasınız?"

Xəbər 3184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +