Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


10.08.2022  11:11 

Sosial şəbəkələrdə gedən bütün məlumatlar izlənilir... - Baş prokuror





A+  A-

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı işgüzar konfrans keçirilir.

XəzərNews.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kamran Əliyev sosial şəbəkələrdə yayılan informasiyaların cəmiyyətin həyatına və dövlətin fəaliyyətinə təsirlərinin artdığını bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə dövlət sirri, hərbi sirr hesab edilən informasiyaların dəqiqləşdirilmədən yayılması kimi hallara çox rast gəlinir. Baş prokuror bu məsələ ilə qanunvericiliyə müvafiq dəyişikliklərlə bağlı təkliflərin hazırlandığını da diqqətə çatdırıb.

O bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müstəqillikdən sonra dövlətin bütün institutlarının yaradılması ilə yanaşı medianın inkişafına da xüsusi diqqət yetirilib: “Heydər Əliyev yaxşı bilirdi ki, mətbuat inkişaf etmədən cəmiyyətin tərəqqisi mümkün deyil. Həmçinin cənab Prezident İlham Əliyev prezident seçildikdən sonra da bu tədbirlər davam etdirilib. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub. Həm qanunvericilik bazası hazırlanıb, həm institusional islahatlar aparılıb. Sosial şəbəkələrdə gedən bütün məlumatlar izlənilir və tənqidi nəticələr çıxarılır. Biz medianın yaydığı məlumatlardan yararlanırıq. Mətbuatda gedən cinayət xarakterli məlumatları da izləyirik. Çalışırıq ki, kriminal xarakterli məlumatlara dərhal reaksiya verək. İstintaq sirri anlayışı çərçivəsində cəmiyyəti istintaqın gedişatı barədə məlumatlandırmağa çalışırıq”.

Xəbər 1527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +