200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.01.2025  21:35 

Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF





A+  A-

"Azərbaycan hakimiyyəti müstəqil dövrümüzə qədər dövlətlər yaratmış şəxsiyyətləri və onların yaratdığı dövlətləri tarix kitabları ilə yanaşı, gündəlik həyatımızda da yaddaşlarda yaşatmaq üçün yer və yurd adları verməklə əbədiləşdirməlidir"

XəzərNews.az xəbər verir ki, bu barədə təkliflə tanınmış ictimai-siyasi xadim Əli Hacı Ağaevli çıxış edib.

Əli Hacı Ağaevli bildirib ki, bununla biz həm də dövlətçilik mirasımıza sahib çıxa bilərik:

"Məsələn, Cəlilabad rayonu Cənubu Azərbaycana yaxınlığı ilə seçildiyinə görə (həm də əhalinin əksəriyyətinin Güney Azərbaycandan olmasına görə), Səfəvilər rayonu, Sabirabad rayonunda ilk dəfə Şahlığını elan etmiş Nadir Şahın şərəfinə Əfşar rayonu, Yevlax rayonuna isə Cavad Xanın şərəfinə Qacar rayonu adı verilsin".

Əli Hacı Ağaevli qeyd edib ki, bu həm də bizlərə qarşı atılan daşlara kimliyimizin cavabı olar.

Qeyd edək ki, Əli Hacı Ağaevlinin bu təklifi sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirəyə səbəb olub.

Xəbər 3945 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +