Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


02.01.2025  18:37 

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa ediblər -YENİLƏNİB 4





A+  A-

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: "Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".

***16:57

Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Oxu.Az-a ATU-dan məlumat verilib.

Qeyd edək ki, sənətçi həm də uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, ikinci dəfə əməliyyat olunacağını və yenidən böyrək köçürüləcəyini açıqlamışdı.

Xatırladaq ki, Azər Baxşəliyev 3 iyul, 1985-ci ildə anadan olub. Aktyor, “ Bozbash Pictures”in Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Beynəlxalq Universitetin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.

O, rəssam Nigar Baxşəliyeva ilə evli idi. Azərin bir qız övladı var.

***16:20

Xəzərnews.az xəbər verir ki, Aktyor İlkin Həsəni Oxu.Aza-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.

Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.

***15:57

Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.

Xəzərnews.az xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.

A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.

Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb. Evli idi, bir övladı yadigar qalıb.



Xəbər 720 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +