Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


05.08.2022  14:49 

“Soyuqqanlı” London polisi





A+  A-

Londonda səfirliyimizə hücum edən radikal dindarların vandal hərəkətlərini yerli polisin soyuqqanlı halda müşahidəsi düşündürücüdür; elə bil, icazəli və müddətli aksiyanı izləyirlər, iştirakçılar tapşırıqları icra edib gedəcəklər.

Aksiyadan sonra həbs olunanları da eyni soyuqqanlılıqla polis maşınına mindirirlər; sanki tutan da , tutulan da nəticədən razıdır.
Dövlətimizə və bayrağımıza qarşı bu vandallığın səbəblərinin kökündən araşdırılmasına və aydınlaşdırılmasına ehtiyac var. Yəqin artıq aidiyyatı dövlət qurumları bu barədə səhih, müfəssəl məlumatlar əldə ediblər və ciddi tədbirlər görüləcək.

Hadisənin Məhərrəmlik ayında baş verməsi və Aşura günü ərəfəsində həyata keçirilməsi də olduqca düşündürücü məqamdır. Sifarişçi və icraçılar böyük ehtimalla bu vandalizm aktının, səfirliyimizə və bayrağımıza təcavüzün Azərbaycan cəmiyyətində yaradacağı reaksiyanı proqnozlaşdırıblar. Yəqin onlar bununla bir yandan ölkə daxilindəki radikal dindarlara qarşı qəzəbin artacağını, bir yandan isə radikal dindarların xaricdəki dəstəkçilərdən güc alıb, cəmiyyətdəki qəzəbdən hikkələnib Məhərrəmlik ayinlərini daha radikal şüarlarla icra etmək istəyəcəklərini və nəticədə ölkədə qarışıqlıq yarana biləcəyini düşünüblər. Bu mənada xaricdəki radikal dini qrupların ölkə daxilindəki dayaqlarının bundan sonra da dərindən və hərtərəfli araşdırilmasına, onlara qarşı daha sərt, daha cəsarətli addımlar atılmasına ehtiyac var.

Quru sərhədlərimizin bağlanmasını gərəkli sayan və öz fikirlərni tutarlı arqumentlərlə əsaslandıran məlumatlı insanlar radikal qrupların Azərbaycana ekspansiyasını həmişə nigarançılıqla qeyd ediblər.

Əslində, müxtəlif dini təmayül və ideologiyaların təsiri altına rahatlıqla düşə biləcək insanlarımızı qorumaq üçün yad təsirlərə qarşı ruhi və mənəvi sərhədlərimizin də qapanması lazımdır.

Dünyanın indiki qarmaqarışıq zamanında Dövlətçiliyimizin qorunması, Vətənin bütövlüyü ideyası hər şeydən uca və üstün olmalıdır.

Tanrı Dövlətimizi və Xalqımızı hifz eləsin!..

Rəşad Məcid

Xəbər 1798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +