Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.08.2022  14:36 

Prokurorluq Həciyə də xabərdarlıq etdi





A+  A-

İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq edilib.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir.

"Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.

Azərbaycan Baş Prokurorluğu tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlədib, bunun davamı olaraq baş verən müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılan söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.
Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir".


Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +