“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


03.08.2022  11:04 

Avtomobillərin icbari sığortasında dəyişiklik: Belə hesablanacaq...





A+  A-

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.

XəzərNews.az AMB-yə istinadən xəbər verir ki, məlumata görə, zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Bu qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir.

Yeni qaydalara əsasən, avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb. Yeri gəlmişkən, bəzi sığorta şirkətləri bu məbləğin 75-100 manata qaldırılacağını gözləyirdi. Çünki 50 manatlıq məbləğin qəbul edilməsindən 10 ildən artıq vaxt keçib və bu müddətdə avtomobillərin ehtiyat hissələrinin qiyməti və təmir xərcləri təqribən 2 dəfə artıb.

Əsas dəyişikliklər: avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqca, sığorta haqqı da artacaq. Məsələn 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalına vurulacaq, 2-5 il təcrübəsi olanlar üçün əmsal 1,2-1,3 olacaq. Ən aşağı əmsal 10 il və daha artıq təcrübəsi olanlar üçündür.

Bundan başqqa, 16-25 yaşa qədər olan sürücülərin sığorta haqqı da yüksək olacaq. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasında olacaq. 65 yaşdan sonra isə sığorta haqqı yenidən artacaq.

Gözlənildiyi kimi regiolar üzrə ən yüksək sığorta haqqı Bakıda nəzərdə tutulub – paytaxtda sürülən avtomobillər üçün sığorta haqqıı hesablananda məbləğ 1,1 əmsalına vurulacaq. Sumqayıt və Abşeron rayonunda bu əmsal 1,05, Naxçıvan və Gəncədə 1, digər şəhər və rayonlarda isə 0,95 müəyyən edilib. Yəni eyni avtomobili rayonda sığorta etmək daha ucuz başa gələcək, nəinki Bakıda və sair.

Nəhayət, yeni qaydalara görə, köhnə avtomobillər üçün sığorta haqqı daha yüksək ollacaq. Belə ki, 10 ilədək olan maşınlarda sığorta haqqı 1 əmsalına vurulacaq, 10-20 illik maşınlar üçün bu əmsal 1,05, 20 ildən artıq olanlar üçün isə 1,1 olacaq.

Başqa sözlə, avtomobillərin bütün göstəricidləri eyni olduqda 20 ildən artıq istehsal tarixi olan avtomodilləri sığortalamaq, yeni maşınlarla müqayisədə 10% daha baha olacaq.


Xəbər 1141 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +