Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


10.08.2020  16:23 

Bankir əri arıqlamasını istədi, o isə boşanır





A+  A-

Türkiyənin məşhur modeli Tülin Şahin 2019-cu ildə ərə getdiyi portuqaliyalı bankir Pedro de Noronhadan ayrılır.
XəzərNews.az xəbər verir ki, bu barədə model instaqram hesabında məlumat verib. O, ərindən psixoloji şiddət gördüyü üçün boşanma qərarı verdiyini açıqlayıb.

“Hər qadının yaşaya biləcəyi, amma başına gəlməyəcəyinə ümid etdiyi bir xəyal qırıqlığı nəticəsində Pedro ilə olan əlaqəmi iyun ayında bitirmək qərarına gəldim. Hamiləliyim ərzində və sonra müxtəlif şəkillərdə səsləndirilən ağır tənqidlər məni bu qərara sürüklədi. Doğuşdan sonra əvvəlki bədən formama qayıtmağım üçün göstərdiyi təzyiqlər, eləcə də hamilə ikən bir ədəd dondurma yediyimə görə şiddətli dava çıxarması mənim üçün son dərəcə ağır idi.

Doğuşdan iki həftə sonra “uşağa baxmaq və gecə yuxusuz qalmaq sənin işin deyil” deyərək evə məcburən iki dayə gətirib “indi idman etmək və arıqlamaq vaxtıdır” söylədi. Mən bir uşağın sahibi deyiləm, anayam və qızımın hər şeyi ilə maraqlanmaq ən böyük vəzifəmdir”, - deyə T. Şahin bildirib.

Qeyd edək ki, eks-cütlüyün bu evlilikdən Siena Leyla adlı bir qızı var.

Xəbər 2838 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +