“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


07.11.2017  11:43 

“Onlar özlərini bu millətdən hesab etmirlər” - Sabir Rüstəmxanlı





A+  A-

Himn dövlətin simvollarından, atributlarından biridir. Hər bir dövlətin öz himni var. Milli himnimizin yaranması ilə bağlı hələ 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurası qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi müsabiqə elan edib. Lakin Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. Yalnız 1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən "Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. Bu gün isə təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlət məmurları, millət vəkilləri, yüksək vəzifəli şəxslər tədbirlərdə himn səslənən zaman onu oxumağa cəhd göstərmir. Sadəcə, ayaq üstə dinləyib, sonda alqışlamaqla kifayətlənirlər.
Lakin digər ölkələrdə, xüsusən də qardaş Türkiyə dövlətində məmurlar dövlət himninə çox böyük sayğı ilə yanaşırlar. Türkiyədə himn səslənəndə təkcə ayağa qalxıb, sayğı duruşu göstərmək yetərli sayılmır. Ən yüksək vəzifəli şəxsdən tutmuş, ən sadə vətəndaşa qədər hər kəs öz himninə layiqli sayğı nümayiş etdirir, sonadək ifa edir. Məlumata görə, bu ölkədə şagird himni oxuya bilməyəndə onu sinifdən xaric edirlər.

Qeyd edək ki, milli himnimizin bərpa olunması 1991-1992-ci illərdə türkoloq-alim, parlamentin elm, təhsil və mədəniyyət komissiyasının sədri Firudin Cəlilovun rəhbərliyi altında həyata keçirilib. Himnə olan sayğısızlıqla bağlı Firudin Cəlilov açıqlamalarının birində bildirmişdi:

"Milli himnimizin ifa olunması yarıtmaz haldadır. Bu məsələdə dövlətçilik prinsiplərini əsas götürüb milli himnimizə böyük məhəbbət hissi aşılamaq, hətta yeri gəlsə, bu yolda radikal addımlar atmalıyıq”.

Ötən il ABŞ səfirliyinin əməkdaşı Stefan Gaysinin ABŞ-ın müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinin keçirdiyi rəsmi qəbulda dövlət himnimizi oxuması böyük maraq doğurmuşdu. Çünki ABŞ səfirliyinin əməkdaşından fərqli olaraq əksər yerli məmurlar öz milli himnini oxumaqdan çəkinirlər. Bəs səbəb nədir, məmurlar, deputatlar dövlətimizin rəmzi olan himnimizin sözlərini bilmirlər, ya sadəcə, onu oxumağı özlərinə sığışdırmaq istəmirlər? Ümumiyyətlə, protokol qaydada himni oxumaq kimi bir qayda varmı?

XəzərNews.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı musavat.com-a danışarkən "sevmirlər, oxumurlar” - deyə qeyd etdi: "Heç kimi saymırlar, özlərini bu millətdən hesab etmirlər, ona görə də himnə belə etinasız yanaşırlar. Yad kimi sadəcə dinləyirlər. Buna nə izahat verəsən?

Müstəqilliyin yarandığı illərdə məmurlar, millət vəkilləri himni oxuyurdular. Amma indi tam bir etinasızlıq var. Təkcə himnə deyil, milli atributlara, dilə, tarixinə, ədəbiyyatına etinasızlıq var. Şahidi oluruq ki, bəzi məmurlar öz dilini əcnəbi kimi bilirlər. Danışıqlarına baxanda elə bilirsən ki, sanki əcnəbidirlər. Dərsliklərdə tarixi, xəritəni saxtalaşdırırlar, Qarabağ sözü dilinə gəlmir, Cənubi Azərbaycan mövzusu ümumiyyətlə onların gündəmində yoxdur və sairə. Vətən onlar üçün ancaq qazanc mənasında yaxşıdır.

Protokolda belə bir qayda yoxdur. Bunu kağıza yazmaq lazım deyil ki. İnsanda heysiyyət, milli ləyaqət, qeyrət, vəzifə məsuliyyəti deyilən bir hiss olmalıdır".

Millət vəkili Fazil Mustafa da himni oxumayan məmurları qınayıb:

"İnsanları nəyəsə məcbur etmək doğru deyil. Ən azından insanlar düşüncələri, dünyagörüşləri ilə bunu etməyə borcludur.

Müstəqilliyin ilk illərində vətənpərvərlik daha güclü idi. İndi isə bu sahədə səngimə var. Ümumiyyətlə, bir tendensiya olaraq bu istiqamətdə müəyyən natamamalıqlar var. Çox insanlar hələ də himnin tam mahiyyətini anlamır, himnə necə münasibət bəsləməyi bilmirlər".

Millət vəkili də protokolda himni oxumaq kimi bir məcburiyyət olmadığını, bunun, sadəcə, mənəvi məsələ olduğunu vurğuladı.

Xəbər 1984 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +