Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


14.10.2017  11:58 

“Mən əjdahanın başını kəsəcəm…” - Növbəti qarşıdurma





A+  A-

Ötən gün “Maşın” realiti şousunda növbəti qalmaqalın təməli qoyulub.
XəzərNews.az xəbər verir ki, proqramın beşinci günü əməkdar artist Mehriban Xanlarova ilə ifaçı Rauf və jurnalist Ülviyyə Alovlu arasında gərgin anlar yaşanıb.

Canlı yayım başlmamışdan qabaq M. Xanlarova kişilərdən birinin səsverməyə çıxmasını təklif edib. Ancaq əksər bəy iştirakçılar bu təkliflə razılaşmayıb və səsverməyə çıxmaqdan boyun qaçırıb.

Buna əsəbiləşən Ü. Alovlu onları qorxaq adlandırıb:

“Oynamaq istəyirik, amma kişilər kənarda dayanıblar və xanımları səsverməyə çıxardırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq burdakı iştirakçıların oynamağa 6 qəpiklik ruhu yoxdur”.

Əməkdar artist Ülviyyənin fikirlərinə etirazını bildirib: "Danışanda kəlmələrinə fikir ver. Mənim milyonluq qiymətim var. Deyirsən ki, burdakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir”.

Bundan sonra canlı efirdə ən çox şəkli atılan iştirakçı Xatin Əliyeva olub. O, şounun sonunda çıxaracağı şəxsin kişi iştirakçılardan birinin olduğunu söyləyib. Xatun deyib ki, İlkin Misgərli və Talıb Taleyə toxunmayacağını söyləyib.

Oyunun gedişatında gənc ifaçı Rauf Xatuna müraciət edib: “Məni şoudan çıxartma, sabah Mehriban Xanlarovanı duelə çağırıram. Mən əjdahanın başını kəsəcəm. O, maraqlı iştirakçıdır, burada teatr göstərir, amma vaxt yetişdi”.

Verilişin sonunda Xatun 71,21 faiz səs toplayaraq şouda qalıb və İlqar Mikayıloğlunu özünə rəqib gördüyü üçün yarışmadan çıxarıb.

Xəbər 1370 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +