İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.01.2024  00:26 

Məhəbbət Kazımovun anım günüdür





A+  A-

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib.

Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , “Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillər əzbəridir.

Mərhum sənətkarın anım günü ilə əlaqədar Modern.az onun oğlu Rəşid Kazımovla əlaqə saxlayıb.

O bu gün ailəsi ilə birlikdə atasının məzarını ziyarət etdiyini deyib:

“Artıq atamın vəfatından 10 il keçir. Bu gün ailəmizlə məzarını ziyarət etdik. Az öncə qəbir üstündə idik. Baxırıq, sanki dünən olmuş kimi hiss edirik. Onu ziyarətə atamın sənət yoldaşları, başqa qohumlarımız da gəlmişdi. Evdə, iş yerimizdə ehsan süfrəsi açdıq. Atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır.

2014-cü ilin yanvarın 27-də təkcə ailəmiz üçün deyil, bütün Məhəbbəti sevənlər üçün çox çətin oldu. Atam Xırdalan qəbiristanlığında dəfn olunub. Yadımdadır ki, dəfn zamanı onun ölümünü eşidənlər maşınları, avtobusları saxlayıb dəfnə gəlmişdilər. Çox sevilirdi. Atam gözəl ailə başçısı idi. Zamanı olduqca çalışırdı ki, bizimlə vaxt keçirsin. Sərt xarakterli insan olsa da, eyni zamanda çox səmimi insan idi”.



Mərhum sənətkarın oğlu atasının ən böyük arzusundan danışıb:

“Məncə, atamın ən böyük arzusu Laçına getmək idi. O, ömür boyu bütöv Azərbaycan, Qarabağ haqqında düşünüb. Vətənsevər bir insan idi. Laçına getməyi çox istəyirdi. Laçınla bağlı xatirələri yadına düşəndə, kövrəlirdi”.

Rəşid Kazımov bildirib ki, o da Laçına köçüb orada yaşamaq istəyir:

“Nəsil-kökümüz ora gedəcək. Mən burada tək qala bilmərəm. Özümün də ən böyük istəyidir ki, gedib oralarda yaşayım”.

Xəbər 380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +