Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


19.05.2024  22:37 

Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü





A+  A-

“Təqdim olunan layihələr və keçirilən tədbirlərin hesabatı belə deməyə əsas verir ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu ötən 3 Forumda qarşıya qoyulan məqsədlərə çatıb. Biz həm də Fondun 1 illiyini qeyd edirik. Bu da əlamətdar hadisədir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) IV Forumunun iştirakçısı, DABF İdarə Heyətinin üzvü, Slovakiyadaya yaşayan soydaşımız Ruslan Abdullayev deyib.

R.Abdullayev bildirib ki, Fonda maraq təkcə Azərbaycanda deyil, dünyada yaşayan soydaşlarımız arasında da getdikcə artır:

“Hər Forumda 4-5 ölkədən yeni üzvlər qəbul edirik, təxminən bu sayda təşkilat da müraciət edib ki, onlar gözləmədədir. Çalışırıq ki, ən azı hər ölkədən nümayəndə təmsil olunsun. Düşünürəm ki, bu yanaşma obyektivdir”.

R.Abdullayevin fikrincə, Dünya Azərbaycanlıları Konqresinin həmtəsisçisi, millət vəkili Sabir Rüstəmxanlının Forum iştirakçılarına video-müraciəti də Fondun düz yolda olduğunun göstəricisidir:

“Burda Baş katib Fondun məqsədlərindən danışdı, fəaliyyət istiqamətlərini izah etdi. Mən də İdarə Heyətinin üzvü kimi Fondun məqsədini bir cümlə ilə ifadə edərdim: Dövlətimizin və Müzəffər Ali Baş Komandanın yanındayıq”.

R.Abdullayev əlavə edib ki, dünyada bu kimi fondların sayı çoxdur və onlar bu və ya digər məsələlərdə ölkələrinə dəstək olurlar:

“Bizim də fəaliyyətimiz şəffafdır. Xaricdə yaşayan azərbaycanlılar Vətənimizi, Dövlətimizi və Prezidentimizi informasiya savaşında tək buraxmamalıdırlar. Forumun mövzusu da məhz budur. Məruzələri dinlədim, müzakirələri maraqla izlədim, hamının məqsədi aydındır”.

DABF İdarə Heyətinin üzvü qeyd edib ki, təqdimatı olan Fondun yeni proqram təminatı dünyadakı azərbaycanlıların səfərbər olmalarını daha da sürətləndirəcək:

“Hər şeyi dövlət və onun diaspor siyasətini həyata keçirən qurumlar edə bilməz. Bu normaldır. Belə olan təqdirdə Fondlar, QHT-lər və diaspor təşkilatları dövriyyəyə girməli, dəstək olmalıdırlar. Bizim də məqsədimiz elə budur”.


Xəbər 14055 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +