Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.09.2025  17:37 

Anar Əlizadə Bakıya çağırıldı - Çıxışına “STOP“ qoyuldu





A+  A-

Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir.

XəzərNews.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.

Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.

Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub.

Məlumata görə, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyətin Anar Əlizadənin daşıdığını deyib.

Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi deyilir.

Mənbəmiz bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Anar Əlizadənin özü ilə əlaqə saxlasa da ondan şərh almaq mümkün olmayıb.

Xəbər 3670 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +