Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


19.05.2024  09:43 

Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol





A+  A-

2000-ci ildə Ərkivan qəsəbəsinin (Masallı) Cəbili məhəlləsində dünyaya göz açan, orta təhsilini Sumqayıt şəh. 4 saylı orta ümumtəhsil məktəbində alan Abdulla Cəbiyev yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetində elektroenergetika mühəndisliyi ixtisasına yiyələnib. Təhsilini uğurla başa vuran gənc mütəxəssis hazırda Sumqayıt Elektrik Stansiyasında mühəndis işləyir.

Xəzərnews.az xəbər verir ki, bu günlər Cəbiyevlər ailəsi Abdullanın növbəti uğurunun sevincini yaşamaqdadırlar. O, magistratura təhsilini bakalavr pillısində yiyələndiyi ixtias üzrə Azərbaycan Diplomatik Akademiyasında (ADA) alacaq.

Qəbul zamanı A.Cəbiyevin yüksək nəticə əldə etməsi, nəzəri və praktik biliklərə tam dolğun cavab verməsi, eləcə də ingilis dili bilikləri üzrə beynəlxalq sertifikata sahiblənməsi ADA rəhbərliyinin və beynəlxalq elm arenasının diqqətindən yayınmayıb. Gənc mühəndisə 1 il 6 ay ADA-da təhsil aldıqdan sonra, magistratura təhsilinin qalan 1 ilini ödənişsiz yolla ABŞ-ın nüfuzlu Vaşinqton Dövlət Universitetində davam etdirməsi tövsiyyə olunub.

Qeyd edək ki, yüksək uğura imza atan Abdulla Cəbiyevin doğulduğu Cəbili məhəlləsi elm adamları, ziyalı potensialı ilə təkcə rayonda deyil, bütün ölkədə tanınır.

Ayiq SƏMƏDOV

Xəbər 10189 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +