“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.10.2023  23:31 

Şəhid övladları üçün masterklass təşkil edilib..-Foto





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid övladları üçün masterklass təşkil edilib.

Xəzərnews.az xəbər verir ki Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən masterklass çərçivəsində Vətən müharibəsi şəhidlərinin bir qrup övladına kulinariya üzrə bilik və bacarıqlar aşılanıb.

Həmin Mərkəzin təlimçiləri və Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri tərəfindən şəhidlərimizin övladlarına milli mətbəximizin simvollarından biri olan qutabın hazırlanması öyrədilib. Mərkəzdə peşə öyrənən gənclər şəhid övladları ilə birgə qutab hazırlayaraq öz məharətlərini nümayiş etdiriblər.

Layihənin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarının və əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.






















Xəbər 3986 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +