İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.07.2022  22:16 

Biznesmen məmur və deputatlar ölkə həyatını iflic edib...





A+  A-

Qəribə bir durumdayıq, ölkədə sanki bütün səviyyələrdən olan vəzifə və imkan sahibləri insanlara acı yaşatmaq, haqlarını tapdalamaq, mümkün olan və olmayan üsullarla onların son qəpiklərini əllərindən almaq üçün yarışa giriblər.

Məmur özbaşınalığı baş alıb gedir, biznesmen məmur və deputatların yaratdıqları monopoliya ölkə həyatını iflic halına salıb.

Korona bizdən əl çəkib, biz ondan qurtula bilmirik, quru sərhədləri nədən açmırıq?

Bu sərhədlərin bağlı saxlanılmasının bizə verdiyi nədir?

İnsanlar qonşu ölkələrə quru yolla deyil, yalnız “Azal”ın reallıqdan uzaq, qonşu ölkələrlə müqaisədə 4-5 dəfə baha biletləri ilə uçmağa məcbur qalırlar və deməli daha çox maddi itkilərlə üzləşirlər. Gürcüstana, İrana, Rusiyaya quru yolla gedən sadə vətəndaş oradan ailəsi üçün daha ucuz və keyfiyyətli ərzaq, dərman və s. alıb gətirə bilirsə və ya bu ölkələrdə daha ucuz və keyfiyyətli tibbi xidmət əldə edirsə, bunun nəyi pisdir?

Mövcud monopoliya öz işini “ustalıqla” görür. İnsanlar qonşu ölkələrə az xərclə quru yolla deyil, bahalı “Azal” biletləri ilə uçmalıdırlar, yerli marketlərdən və apteklərdən baha və keyfiyyətsiz məhsullar almağa məcbur qalmalıdırlar, bir sözlə mümkün qədər pis yaşamalıdırlar.

Bu gün cəmiyyətdə buna bənzər eybəcərliklərin sayı – hesabı yoxdur. Meyvə-tərəvəz ölkəsi olan vətənimizdə mövsümü meyvələrin qiymətləri od tutub yanır.

Marketlərdə və bazarlarda insanları hər vəchlə həm çəkidə, həm də qiymətdə aldadırlar.

Yanacaqqoldurma məntəqələrində sənin avtomobilin üçün aldığın yanacağın 10%-ni açıq aşkar oğurlayırlar daha hansını deyəsən...

Görəsən bu ac və talançı məmurların gözləri nə vaxt doyacaq?

Fikrət Yusifov
Sabiq maliyyə naziri


Xəbər 1271 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +