“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.04.2022  10:58 

Yalan-palan uydurmaq olar e, amma...





A+  A-

Heminquey, Remark, Şoloxov ona görə müharibə haqqında yaxşı əsərlər yaza biliblər ki, müharibəni gözləriylə görüb, canlarıyla hiss ediblər. Görmədiyin, yaşamadığın şeylər haqqında yaxşı əsər yazmaq mümkün deyil.

Yalan-palan uydurmaq olar e, amma heç kəs oxumayacaq, heç kəsə təsir etməyəcək. İstənilən bədii əsərin təbii, həyati qaynağı olmalıdır. Fantaziyan nə qədər güclü olur-olsun, həyat materialına əsaslanmadan yaxşı əsər yaza bilməzsən.

Bir neçə dəfə yazmışam, qoyun bir də yazım. Təkrar biliyin anasıdır. Çox güclü fantaziyaya sahib olan Füzulini müasirləndirən fərqləndirən ən qabarıq cəhət lirik qəhrəmanının ayağının yerdə olmasıdır. Füzuli ilə eyni dövrdə Osmanlı sarayında onlarla şair yaşayıb-yaradıb. Məsələn, sarayın ən adlı-sanlı şairi Baki olub. Ancaq gəlin görək hazırda onu neçə nəfər tanıyır. Azərbaycanda heç kəs tanımır, Türkiyədə də 5-10 ədəbiyyatçı. Ancaq Füzulini bütün türk, müsəlman dünyası tanıyır və hərə özününkü hesab edir.

Fikrimi Füzulinin bir beyti ilə izah etməyə çalışacağam.

Ələ alır gəzicək ol güli-rəna ətəyin,
Vəhm edər, kim tuta bir aşiqi-şeyda ətəyin...


Mənası belədir: Gözəl xanım gəzintiyə çıxanda donunun ətəyini əliylə tutur, çünki yollarına sərilmiş dəli aşiqlərin ətəyindən yapışmasından qorxur.

Əgər bu beytin real əsası olmasa, çox mənasız görünər. Necə yəni yollara sərilmiş dəli aşıqlər? Bu nə deməkdir?

Amma real əsası var. Bu isə ondan ibarətdir ki, uzun ətəkli don geyən xanımlar gəzintiyə çıxanda həqiqətən ətəklərini əllərinə alırlar. Bunun səbəbi paltarlarını toz-torpağa bulaşmaqdan qorumaqdır. Böyük Füzuli isə həmin adi həyat hadisəsindən görün nə düzəldib.

Yəni xanımın o qədər aşiqi, sevəni, pərəstiş edəni var ki, toz-torpaq olub yollarına səpələnib, səriliblər. Ətəyini də ona görə qaldırır ki, ayağının altında toz-torpağa dönmüş həmin "aşiqi-şeydalar" (dəlicəsinə sevən aşiqlər) tutmasınlar...

İndi, əzizlər, kimsə sifarişlə Qarabağ, Şuşa, nə bilim, müharibə haqqında nəsə yaza bilər. Yazılanı səhnəyə qoymaq, film çəkmək də olar. Ancaq təsirli olmayacaq və tez də unudulub gedəcək. Elə Osmanlı sarayının yüzlərlə şairinin yazdığı əsərlər kimi...

Nadir Qocabəyli

Xəbər 1324 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +