“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.10.2021  11:35 

Ukrayna prezidentinin ofisində diaspor nümayəndələri ilə görüş - Fotolar





A+  A-

Ukrayna Prezidentinin ofisində bu ölkədə yaşayan etnik xalqların problemləri müzakirə edilib.

Bu barədə məlumatı XezerNews.az-a Ukrayna Azərbaycanlıları Radasından veriblər.

Məlumatda bildirilir ki, toplantının təşkilatçısı prezidentin Ukrayna müdafiəçilərinin hüquqları üzrə səlahiyyətli müşaviri Alyona Verbitskaya olub.

Təşəbbüs qrupunun üzvləri Ukrayna Azərbaycanlıları Radasının baş katibi Məmmədov Ceyhun, “Əfqanıstan İcması” Milli Mədəniyyət Assosiasiyasının prezidenti Conat Sobhan, Dağıstan Ağsaqqallar Şurasının nümayəndəsi Yəhyaev Şakir Yəhya oğlu, Ukraynada Qırğızıstan Birliyinin qurucusu İsmayılov Azamat, "Çeçen xalqının diasporası" QHT -nin ağsaqqallar şurasının sədri Saidumov Həmid," "Çeçen xalqının diasporası" idarə heyətinin üzvü Amaqov Aslambek, “Ukrayna Belarusiya Evi” üzvü Makitov Yuri və “Ukrayna Yunanlar İttifaqı” QHT-nin birinci vitse-prezidenti Mikola Koretski olublar.



Ukrayna Prezidenti Ofisinin nümayəndəsi və hüquq-mühafizə və ədliyyə şurasının sədri Anatoliy Anatolievich, Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsi Aleksandr Volodymyrovych, DİN-nin Vətəndaşlıq, Pasport və Qeydiyyat Departamentinin direktoru Garnyk Maria Serhiivna, Konsulluq Xidməti Departamentinin direktor müavini Krisa Svitlana Anatoliivna, Daxili İşlər Nazirliyinin nümayəndəsi Botnarenko Oleksiy Mykolayoviç, Xarici İşlər Nazirliyinin nümayəndəsi Samçenko İrina Pavlivna və Ukrayna Milli Bankının nümayəndələri diaspor rəhbərləri tərəfindən qaldırılan məsələlərə operativ reaksiya veriblər.

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya qaldırılan bütün məsələləri hərtərəfli araşdırılacağını bildirib.



Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib. “Son vaxtlar Ukraynada vətəndaşcğmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu proektlər həyata keçirilir. Bu gün isə biz belə innovativ layihələrdən birinin iştirakçısı olduq”, - deyən Məmmədov və hər kəsə uğurlar arzulayıb.

Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.

Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +