“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


20.05.2020  20:28 

AQTA-dan pandemiya ilə bağlı sahibkarlara ÇAĞIRIŞ





A+  A-

Azərbaycan Qida Təhlükəsiziliyi Agentliyi (AQTA) sahibkarları pandemiya ilə əlaqədar sosial məsuliyyətdən irəli gələn tələblərə əməl etməyə çağırıb.
AQTA-dan XəzərNews.az-a bildirilib ki, ölkəmizin bütün vətəndaşlarına məlumdur ki, pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanmışdır. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunmuşdur. Lakin son günlərdə Agentliyin 1003 Çağrı Mərkəzinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olmuşdur ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol vermişlər. Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilmiş, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapmışdır.

Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s. , eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilmişdir.

Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.

Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.



Xəbər 1318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +