“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.11.2019  09:38 

Bağırsaq üçün ən faydalı səhər yeməyi növləri





A+  A-

Rusiyanın “MedikForum” saytı bağırsaq üçün ən faydalı səhər yeməyi növləri ilə bağlı material hazırlayıb.
XəzərNews.az-ın məlumatına görə, məqalədə aşağıdakı məhsulların adları qeyd edilib:

Yoqurt zülal, probiotik və faydalı karbohidratların balansını saxlayan gözəl məhsuldur. Probiotiklər özü özlüyündə bağırsağın sağlamlığını möhkəmləndirən “yaxşı” bakteriyalardır.

Səhərlər banan yemək orqanizm üçün çox faydalıdır. Yüksək dərəcədə yağ və zülal tərkibi ilə seçilən bananın səhər-səhər yeyilməsi həzm orqanlarının gündəlik işini təmin edir. Meyvənin tərkibində probiotiklər, vitaminlər, minerallar və antioksidantlar var. Banan uzunmüddətli toxluq hissi yaradır.

Yulaf yarmasının tərkibində olan liflər qanda “pis” xolesterinin səviyyəsini aşağ salır, şəkəri nəzarət altında saxlayır. Yulafda olan zülallar bağırsağın sağlamlığı üçün faydalıdır. Yulaf yarmasını sıyıq halında yemək istəmirsinizsə, onun içinə smuzi, blinçik və ya yoqurt əlavə edin.

Almanın tərkibində olan polifenol və pektin bağırsağın sağlamlığı üçün faydalı hesab olunur. Bu antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır. Almanın tərkibindəki həll olunan sellüloz qanda “pis” xolesterinin səviyyəsini aşağı salır.

Nutrientlərlə zəngin olan günəbaxan tumunun tərkibində zülal, yağ turşuları və sellüloz var. Həll olunan sellülozla zəngin bu prebiotik bağırsağın işləməsi üçün faydalır. Bir çay qaşığı təmizlənmiş günəbaxan tumunu hansısa sıyıq və ya smuziyə əlavə etmək olar.

Xəbər 1160 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +