İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.10.2019  11:57 

Rusiya Ermənistana etiraz notası göndərəcək





A+  A-

Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah tenderinin pozulması ilə əlaqədar olaraq, Ermənistana etiraz notası göndərəcək.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Respublika Müdafiə Nazirliyi may ayında ilk dəfə olaraq bir neçə milyon dollar məbləğində hərbi texnikanın tədarükü üçün tender elan edib. Yalnız bir neçə ildir ki, Ermənistanı silah, sursat və optika ilə təmin edən “Promtexnoloqii” qrupunun bir hissəsi olan ORSIS şirkəti ixtisas tələblərinə cavab verə bilib.

Tezliklə açıqlama verilmədən tenderin bağlandığı məlum olub. Avqust ayında ORSIS apelyasiya komissiyasına və respublikada onun maraqlarını təmsil edən vəkilə müraciət edərək iddia qaldırıb.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, etiraz notası artıq Xarici İşlər Nazirliyinə daxil olub və tezliklə diplomatik kanallar vasitəsilə Ermənistan tərəfinə veriləcək.

Sənəd oktyabrın 22-də Rusiya Sənaye və Ticarət Nazirliyi rəhbərinin müavini Oleq Ryazantsev tərəfindən imzalanıb və Ermənistanın Müdafiə naziri David Tonoyana ünvanlanıb.

Notada deyilir ki, ORSIS şirkətinin tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib. Bu da bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib, lakin qanunla şirkət tenderdə qalib gələrsə müqaviləni imzalamaqdan imtina etsə belə kompensasiya ödəməli idi.

“Hazırkı vəziyyəti nəzərdən keçirməyinizi və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirəm”, -deyə Rusiya XİN müraciətdə qeyd edib.

Xəbər 1222 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +