“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.08.2019  11:29 

Milli maraqların müdafiəsində internet alətlərinin rolu?





A+  A-

Müasir dövr özü ilə bərabər bütün sahələrə yenilik gətirmişdir. Belə ki, artıq gənclərin milli maraqların müdafiəsinə cəlb edilməsi internet informasiya resursları və sosial şəbəkələr vasitəsi ilə daha da gücləndirilmişdir. Bu yöndə bir çox layihələr həyata keçirilir. Onlardan biri də “Qarabağ Tariximiz” layihəsidir.

Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkəmizdə təhsil alan xarici tələbələrə Dağlıq Qarabağ münaqişəsinin tarixi, ekoloji vəziyyət və dəymiş zərərlər barədə məlumatlar vermək, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın keçirdikləri mənəvi və fikizi ağrıları bütün reallığı ilə onların diqqətinə çatdırmaq, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında gənclərin də aktiv rol oynamasına şərait yaratmaqdır.

Həyata keçirilən “Qarabağ Tariximiz” layihəsində qarşıya qoyulan əsas vəzifələr Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırda işğal olunmuş ərzilərdəki ekoloji vəziyyət və dəymiş zərərlər, münaqişədən sonra məcburi köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın yaşadıqları problemlər barədə layihə iştirakçılarını məlumatlandırmaq, layihə iştirakçısı olan tələbərin yaşadıqları ölkələrdə öz ölkə ictimaiyətinin Qarabağ münaqişəsinə olan münasibətinin öyrənilməsi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında layihə iştirakçısı olan bu gənclərin aktiv rol oynamaqlarına nail olmaqdır.

Layihədə İspaniya, Türkiyə, Polşa, Əfqanıstan və digər ölkələrdən 20 əcnəbi tələbə iştirak edib. Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan əcnəbi tələbələri Qarabağ mövzusunda marifləndirmək, onlara Qarabağ həqiqətlərini aşılamaqdır.

Gənclərin bu sahədə rolunu və fəal iştirakçılığının mühüm rolundan bəhs edilib, informasiya müharibəsində onların mövqeyinin və fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

Gənclərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatlandırılması, xüsusilə sosial şəbəkələr vasitəsilə xarici ölkə vətəndaşlarının diqqətinə bu münaqişə barədə məlumatların ədalətli çatdırılması əhəmiyyətlidir.

İnternet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri, fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və onların məlumatlığının artırılması kimi digər əhəmiyyətli tədbirlər də həyata keçirilir.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +