“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


12.01.2019  16:23 

Yol Polisi sürücülərə müraciət etdi





A+  A-

Son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər.

Xəbər 885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +