İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.01.2019  16:28 

Azərbaycan jurnalistlərinin aylıq gəlirləri açıqlandı





A+  A-

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.
XəzərNews.az-a daxil olan məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiyasının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər.

Məlum olub ki, ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna və jurnalistlərin aktivliyinə görə dəyişir. Bu baxımdan redaksiyalarda orta əmək haqqı ilə yanaşı, KİV-lərdə əmək haqqının minimal və maksimal məbləğlərinin müəyyənləşdirilməsinə cəhd edilib. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-500 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 6 faiz olub), 500-700 manat (sorğu iştirakçılarının 61 faizi. 2017-ci ildə 56 faiz olub), 700-900 manat (sorğu iştirakçılarının 31 faizi. 2017-ci ildə 30 faiz olub), 900-1200 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 8 faiz olub) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.

Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir. Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 41 faizi), 200-250 manat (sorğu iştirakçılarının 44 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər. Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.

Xəbər 926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +