İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2018  09:26 

Kredit faizləri ilə bağlı AÇIQLAMA





A+  A-

Nazirlər Kabineti xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması ilə bağlı vətəndaşları narahat edən məsələyə münasibətini açıqlayıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, "Banklar haqqında" qanuna əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissiya haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2015-ci il 14 may tarixində Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitutusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair qərar qəbul edilib. Həmin qərara görə, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlər bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilə bilər.

Beləliklə, kredit təşkilatları ilə müştəqilər arasında münasibətlər qarşlılıq qaydada razılaşdırılmış müqavilə ilə tənzimlənir.

Xəbər 1362 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +