İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.11.2017  10:36 

“Astroloqların hamısı cəfəngiyyat danışır” - Direktor





A+  A-

Göy cismlərinin insan həyatına böyük təsiri olduğu deyilir. Digər tərəfdən astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq, insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bəzi astroloqlara görə, astrologiya əsla fal demək deyil. Çünki astrologiya da başqa elmlər kimi hesablamalar, müşahidələr əsasında mühakimələrə əsaslanır.
Azərbaycanda astrologiya, bu sahə ilə məşğul olanlarla bağlı vəziyyət necədir?

XəzərNews.az
bildirir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az-a danışıb:

“Astronomiya elminin nə vəziyyətdə olduğunu sizə gözəl izah edə bilərəm. Amma astrologiya ilə məşğul olmaq üçün bizim nə vaxtımız, nə də həvəsimiz var. Çünki bu, elm sahəsi deyil. Düzdür, astrologiyanın qədim tarixi var. İnsanlarda da həmişə kainata, göylərdə nələrin baş verməsinə maraq olub. Elm ətrafı bir qurum yaranır və onun adları, təbəqələri də çoxdur. Onlardan biri də astrologiyadır. Astrologiya ilə astronomiya tamamilə başqa-başqa şeylərdir. Astronomiya elmi faktlara , sübutlara, eksperimentlərə, müşahidələrə əsaslanır. Astrologiyanın qaynağı isə təsadüfi deyilən fikirlərdir: kim, hansı bürcün altında doğulub və bu, onun taleyinə necə təsir göstərəcək... Çox vaxt proqnozlar yalan çıxanda ona fikir vermirlər. Təsadüfən düz çıxanda isə astroloqlar hay-küy salırlar ki, biz dedik və belə də oldu. Azərbaycanda yəqin ki, astrologiyanın vəziyyəti çox bərbad haldadır. Çünki onlar heç bir elmi fakta söykənmədən deyirlər ki, insan bu bürcün altında doğulubsa, belə olacaq, elə olacaq... Bunun əsası yoxdur axı...”.

N.Cəlilov qeyd edib ki, ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır:

“Dünən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına Rusiyadan kosmonavt gəlmişdi. Ona sual verdilər ki, biz yerdən baxanda ulduzları , bürcləri görürük, bəs kosmosdan necə görünür? Rusiyalı kosmonavt bildirdi ki, Yerin atmosferindən kənara çıxandan sonra görünən ulduzların sayı çoxalır. Yaxud bizə məlum olan hər hansı bürc tamamilə yoxa çıxır. Yəni ulduzlar tamamilə qarışıq vəziyyətdədir. Yerdə isə atmosfer süzgəc rolu oynadığından biz ən parlaq ulduzları görürük. Halbuki, bunun arxasında görmədiyimiz milyonlarla ulduzlar var. Atmosferdən yuxarı qalxdıqca bürclər itib-batır. Ona görə də ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır. Astrologiyanın adını qəsdən astronomiya elminin adına uyğun qoyublar ki, insanları bu yolla aldada bilsinlər”.

Xəbər 1157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +