İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.08.2017  13:02 

41 dərəcə istidə işləyən var? - Nazirlikdən açıqlama





A+  A-

“Ölkəmizin Əmək Məcəlləsinə əsasən, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada, eyni zamanda sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda bütün növ işlər dayandırılmalı, işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Lakin qeyd olunan iş yerlərindən başqa digər iş yerlərində (o cümlədən sərinləşdirici qurğular olan yerlərdə) işin dayandırılması qanunvericilikdə nəzərdə tutulmayıb”.
XəzərNews.az xəbər verir ki, bunu "Qafqazinfo"nun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

E.Babayev qeyd edib ki, hər il olduğu kimi, cari ilin yay mövsümündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə müvafiq xəbərdarlıq edilib: “İşəgötürənlərə müraciətdə havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə qanunvericiliyə əsasən görülməli olan tədbirlər diqqətə çatdırılıb. Həmçinin, o da bildirilib ki, işçilərə sərinləşmək üçün imkan yaradılması üçün verilən fasilələr iş vaxtına daxil edilməlidir. Verilən fasilənin sayı, müddəti isə işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Eyni zamanda, belə fasilələr zamanı əmək haqqının da işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İşçinin təqsiri üzündən baş verməyən bu cür boşdayanma vaxtının haqqı tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”.

Şöbə müdiri onu da bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən edilən xəbərdarlıqdan sonrakı müddətdə iş yerlərində havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin qanunvericiliyin tələblərinə uyğun olmayan şəraitdə işlədilməsinə dair yazılı və şifahi formada, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzi vasitəsilə hər hansı müraciət qeydə alınmayıb: “Əgər belə bir müraciət olarsa, Xidmət tərəfindən obyektiv şəkildə araşdırılaraq, qanunvericiliyin tələbləri əsasında müvafiq tədbirlər görüləcək”, deyə E.Babayev bildirib.

Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +