İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.04.2017  11:36 

QHT-lərin ödəniş problemi - Palatadan AÇIQLAMA





A+  A-

1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib.
Bununla da vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib.
Banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən hətta Qeyri-Hökumət Təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana çıxıb. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
Kommersiya banklarından daxil olan məlumata görə, narazılıqlar nəzərə alınaraq problem həll edilib. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən banklara qeyri-rəsmi göstəriş verilib. Bununla bağlı yaxın saatlarda rəsmi qərar veriləcəyi gözlənilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, hazırda 1 yanvar 2017-ci ildə qəbul olunan qanun qüvvədədir və dəyişən heç nə yoxdur.

(modern.az)

Xəbər 1314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +