“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


03.04.2017  17:20 

Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılacaq





A+  A-

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihənin məqsədi beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, münaqişə nəticəsində meydana gələn regional təhlükəsizlik və risklər barədə məlumatlandırmaq, layihənin icra olunacağı ölkədə yaşayan və təhsil alan soydaşlarımızı bu prosesə cəlb etməkdən ibarətdir.
Layihənin həyata keçiriləcəyi Qazaxıstanın Azərbaycandakı diplomatik korpusu, Bakıda yaşayan və təhsil alan kontingentinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Dəyirmi masa” təşkil olunacaq. “Dəyirmi masa”da layihənin məqsədi, vəzifələri, danışıqların indiyə qədər hansı mərhələlərdən keçdiyi, prezidentlərin birbaşa dialoqunun nəticələri, ATƏT-in Minsk qrupunun yaradılması və onun tərəflərə təqdim etdiyi təkliflərin mahiyyəti barədə məlumat veriləcək. Eyni zamanda Avropa Şurası çərçivəsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılmış müzakirələr və bu təşkilatın problemə münasibətində müşahidə olunan dəyişikliklər diqqətə çatdırılacaq.
Qazaxıstan Respublikasının parlament üzvləri, siyasi partiyaların təmsilçiləri, müxtəlif universitetləri, beyin mərkəzləri və KİV nümayəndələri ilə görüşlər təşkil olunacaq. Keçiriləcək görüşlərdə hədəf qruplara Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, münaqişə nəticəsində meydana gələn regional təhlükəsizlik və risklər barədə məlumatlar veriləcək. Ermənilərin beynəlxalq ictimaiyyət arasında apardıqları və getdikcə güclənməkdə olan antiazərbaycan təbliğatının qarşısı alınacaq. Habelə, atəşkəsdən sonrakı müddətdə Azərbaycanın və Ermənistanın iqtisadi və siyasi inkişafında nəzərəçarpacaq fərqlərin müşahidə edildiyi və ölkəmizin kifayət qədər böyük uğurlar qazandığı diqqətə çatdırılacaq. Güclü iqtisadi potensial, möhkəm dövlətçilik, sürətli demokratikləşmə münaqişənin həllinə mühüm təsir göstərən faktorlar kimi çıxış etdiyindən danışıqlar prosesində Azərbaycanın daha üstün mövqelərə sahib olduğu vurğulanacaq.

Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +