İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


11.02.2017  14:59 

“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə cinayət işi açıldı





A+  A-

 

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına qarşı erməni diasporasının iddiası ilə açılan məhkəməyə bir aydan az vaxt qalıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işinin açılmasına səbəb onun 2014-cü ildə Hollandiyanın Almado şəhərində “erməni soyqırımı” abidəsinin tikilməsinə etiraz olaraq etdiyi çıxışı olub.

Qeyd edək ki, İlhan Aşkına Hollandiya cinayət məcəlləsinin 137d maddəsi ilə cinayət işi açılıb. O, rasizmdə ittiham olunur.

Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzinin (DABKM) sədri Hikmət Cavadov isə təcili şəkildə hərəkətə keçmək lazım olduğunu bildirir:

“Bu məhkəmə prosesi dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarına qarşıdır. Hazırda yanlış addım atmamaq üçün İlhan Askının vəkili ilə məsləhətləşmələr aparırıq. Yeri gəlmişkən, Avropada vəkil xidməti bahalıdır və bu məsələdə mütləq maddi yardım göstərmək gərəkdir. Bir daha təkrar edirəm ki, bu, ümümmilli məsələdir və həmkarımız tək bir şəxslə deyil, oradakı erməni diasporu ilə üz-üzədir. Lazım gəldiyi halda dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarından və eləcə də, bizə yaxın mövqedə olan beynəlxalq təşkilatlardan məhkəməyə müraciətlər ünvanlanmalıdır. Bu işdə milli mətbuatımızın aktivliyinə də böyük ehtiyac var. Prosesi uduzduğumuz halda düşmən diasporu bu qərardan dünyanın hər yerində haqq mövqeyimizə qarşı istifadə edəcək. Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi bütün təşkilatlarımızı birgə aktivliyə çağırır. Diaspor fəaliyyəti heç də bayramlarda xonça bəzəyib konsertlər keçirmək, qarşılıqlı təriflər və alqışlarla müşayiət olunan toplantılar təşkil etməkdən ibarət deyil”.

Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2014-cü ildə etdiyi “Əgər savaş çıxarsa, Qarabağ ermənilərin məzar yeri olacaq” ifadəsinə görə 2016-cı ildə haqqında cinayət işi açılıb:

“Hollandiyanın ən güclü vəkillərindən birini tutmuşam, lakin burada qiymətlər çox bahadır. Vəkilin pulunu dost-tanışlardan toplayaraq vermişəm”.

İ.Aşkının sözlərinə görə, yardım üçün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə ötən il müraciət edib, söz versələr də hələki yardım göstərilməyib:

“Milli Məclisdə təkcə Qənirə xanım bir dəfə bu məsələni qaldırdı, bununla da mövzu bağlandı. Bir deputat mənə zəng edib maraqlanmadı. Axı bu sadəcə mənim şəxsimdə açılmış məhkəmə işi deyil. İstərdim ki, məhkəmə günü gəlib burada mənə dəstək olsunlar”.

"Qafqazinfo" məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrənib. Komitənin informasiya şöbəsinin müdiri Elşad Miraləm bildirib ki, Azərbaycan dövləti qanunvericilik çərçivəsində İlhan Aşkına yardım göstərilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

“Qarabağ ermənilərə məzar olacaq” deyən türkə -  Cinayət işi açıldı



Xəbər 3458 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +