Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


26.08.2025  12:54 

Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb





A+  A-

“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxs idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf edib.

O, Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənimsəmə cinayətində istintaq orqanının əsas məqsədi dəymiş ziyanın ödənilməsidir. Bu işlə bağlı da 70 min manatlıq ziyanın 40 mini ibtidai istintaq vaxtı ödətdirilib.

64 yaşlı sabiq sədr hazırda həbsdə deyil. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Verilmiş ittihamın sanksiya həddində 10 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin ziyanın tam ödənilməsi yumşaldıcı hal hesab edilir.

Cinayət işi yaxında Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Xəbər 412 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +