Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


21.11.2021  19:59 

Tağı Əhmədovun, Ziya Məmmədovun, Misir Mərdanovun və digər məmurların məgər oğlanları yoxdur?





A+  A-

“Birinci Qarabağ müharibəsi dövründə görkəmli dramaturq Əli Əmirli “Bala başa bəla!” tamaşasının ssenarisini yazmışdı. Əsərdə qeyd olunurdu ki, nazir öz oğlunu müharibədən gizlətmək üçün oğlunu qız kimi təqdim edir. Bu gün həmin mövzu çox aktualdır. Həqiqətən də bu günə qədər varlı, məmur balaları müharibədə döyüşməyiblər, heç indi də döyüşmürlər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri qazi jurnalist Rey Kərimoğlu Moderator.az-a açıqlamasında bildirib. Rey Kərimoğlu bu cür halların hələ də olmasını böyük təəssüf hissi ilə qarşıladığını deyib:

“Vətən hamımızındır. Necə olur nazir balaları ölkəni çapıb talamağı bacarır, amma vətən üçün heç nəyi bacarmaq istəmir? Söhbət tək məmur balalarından getmir. Yadınızdadırda Akif Çovdarov Tağı Əhmədovu qorxudub, ondan 3 milyon manat pul almışdı. Tağı Əhmədov 3 milyon pulu haradan alır? Oğlu da hakim işləyir.

Yəni burada şəxsi keyfiyyət məsələləri var. İnsanın əxlaqı, tərbiyəsi osla rüşvət almaz. Azərbaycan məmurlarını son iki-üç ilini çıxmaq şərti ilə əksəriyyət rüşvət alıb, korrupsiya ilə məşğul olur. Namuzsuz və tərbiyəsiz adam vətəni qorumaz. Heç onlar ana-bacılarını qoruya bilmirlər, o ki qaldı vətəni. Vətəni qorumaq ağır və şərəfli işdir.

Vətənpərvər oğullar vətən uğrunda döyüşür. Lakin görəndə ki, şəhidlərin demək olar ki, böuük əksəriyyəti kasıb övladlarıdır, onda insanların qəlbinə inciklik düşür ki, niyə ancaq kasıb balaları niyə döyüşür, şəhid olur? Digər tərəfdən Türkiyədə şəhidlər çıxan evlərə baxırsınızmı? Orada da görürük ki, əksər şəhidlər kasıb övladlarıdır. Hər zaman belə olub, bu məsələni qabardıb bir nəticə almaq olmaz. Ona görə də onun ictimailəşdirilməsi, gündəmə gəlməsi yaxşı hal deyil.
Ad çəkmək istəməzdim, amma Tağı Əhmədovun, Ziya Məmmədovun, Misir Mərdanovun və digər məmurların məgər oğlanları yoxdur? Varsa niyə gedib müharibədə döyüşmədilər? Hesab edirəm ki, onların övladlarının hərbi xidmətdə qeydiyyatda olub, özləri isə eyş- işrətlə məşğul olublar. Bu boyda hərbi xidmətə çağırış oldu, ölkədə terror hadisələri yaşandı, müharibə başladı, ancaq onlardan səs çıxmadı. Guya ki, bir-ikisi gedib hərbi komisarlığa müraciət etdi, oradan şəkil çəkdirib paylaşdı, vəssalam. Müharibə zamanı biz onları görmədik. Mən özüm 6 nəfər qazimizlə birgə II Qarabağ müharibəsində N saylı hərbi hissədə xidmətdə idim. Orada məmur, nazir balası görmədik. Onları heç gözləmirdim də. Vətən, torpaq məsələsi namus, qeyrət məsələsidir, onlar isə rüşvət, haramçılıqla böyümüş uşaqlardır”.







Xəbər 5755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +