Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


08.02.2019  13:56 

DİM “Vizuallaşdırılmış dərs” layihəsinə start verdi





A+  A-

Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə videodərslərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Bildirilib ki, bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “videodərs”lər kanalımıza yerləşdirilib. Hazırda isə VI sinif fizika fənni üzrə “vizaullaşdırılmış dərs”lərin bir hissəsi kanala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də portala yüklənəcəkdir.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

Xəbər 2961 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +