Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


08.07.2025  21:15 

Quba İcra Hakimiyyətindən sahibkara təzyiq... – 30 illik restoran hədəfdə





A+  A-

"Quba rayonunun Qəçrəş yolu üzərində yerləşən və 30 ilə yaxındır fəaliyyət göstərən “Xınalıq” restoranı bu günlərdə yerli icra strukturlarının və rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti şöbəsinin əsassız və səlahiyyətsiz təzyiqləri ilə üz-üzə qalıb".

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Emin Kərimov paylaşıb.

Məlumatda qeyd olunur ki, restoranın qanuni sahibi, üçüncü dərəcəli insult keçirmiş Vəliyev Əli Əmir oğlunun yerinə hazırda qızı Vəliyeva Əyan Əli qızı obyektin idarəsini həyata keçirir.

"Lakin Vəliyevlər ailəsi aylardır ciddi basqılar altındadır. Əldə etdiyimiz məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin müavini Şahin İsrafilov və Memarlıq-Tikinti şöbəsinin əməkdaşı Murad Qədirli heç bir hüquqi əsas və səlahiyyət olmadan “Xınalıq” restoranına hücum xarakterli müdaxilələr edir, restoranın sökülməsinə və ailənin obyekt üzərindəki nəzarətinin əlindən alınmasına çalışırlar".



İddia olunur ki, onlar polislə birgə obyektə daxil olaraq hədə-qorxu gəlir, Təbii Sərvətlər və Ekologiya Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin razılığı əsasında inşa olunmuş yüngül konstruksiyalı tikintiyə müdaxilə edir, yerli Meşə İdarəsinə təzyiq göstərilərək restoranla bağlanmış qanuni müqavilənin ləğvi tələb olunur,
elektrik enerjisinin kəsilməsi üçün İşıq İdarəsinə zəng vurularaq qanunsuz müdaxiləyə cəhdi edilir, "Azəravtoyol"un Yol Mühafizə Xidmətinə göstəriş verilib ki, restoran sahibkarlarına psixoloji təzyiq göstərilsin.

Vəliyevlər ailəsi bildirir ki, bu basqılar bir aydan çoxdur ki, sistemli şəkildə həyata keçirilir və məqsəd açıq-aşkardır – 30 ildir istifadə etdikləri torpaq sahəsini və obyektin idarəsini əllərindən almaqdır.

Məsələ ilə bağlı aidiyyəti qurumlar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşə İdarəsi və Daxili İşlər Nazirliyi bu qanunsuz müdaxilələrlə bağlı mövqe bildirməyə çağırılır.



Xəbər 1893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +