Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


27.07.2022  12:23 

“Jurnalistlər binası” ilə bağlı bir araya gəldilər





A+  A-

“Bir qrup media mənsubu ilə jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlı yaranmış vəziyyəti müzakirə etmək üçün toplaşdıq. 2020-ci ildən hazır olan binanın mənzillərinin indiyədək jurnalistlərə verilməməsini müzakirə etdik”.

XəzərNews.az xəbər verir ki, bu barədə Avropa.info saytının Baş redaktoru Rəsul Mirhəşimli açıqlama verib.

R.Mirhəşimli bildirib ki, son zamanlar binanın Əmək və Sosial Müdafiə Nazirliyinin balansına verilməsi ilə bağlı informasiyalar yayılır:

“Ayrı-ayrı media qurumları bununla bağlı nazirliyə sorğu ilə müraciət edib. Nazirlik bu məlumatların həqiqətə uyğun olmadığını bildirib. Toplantıda razılaşdıq ki, hər kəs öz işlədiyi media orqanında yenidən nazirliyə sorğu ilə müraciət etsin. Bununla yanaşı, üçüncü binanın gələcək taleyini aydınlaşdırmaq üçün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla görüşmək barədə razılığa gəldik.

Jurnalistlər üçün inşa edilən üçüncü bina Azərbaycan Prezidentinin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə tikilib. Artıq iki ildir bina yaşayış üçün tam hazırdır. Elə bu iki ildə də bina ətrafında dolaşan müəmma aydınlaşdırılmır. Bu məsələni aydınlaşdırmaq üçün bina ilə əlaqədar olan rəsmi qurumlar və vəzifəli şəxslərlə görüşlər keçirmək barədə razılığa gəldik. Görüləcək bütün işlər barədə müntəzəm şəkildə ətraflı məlumat veriləcək”.

Xəbər 2977 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +