Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


05.06.2025  12:36 

Erməni çeçenləri Qarabağa görə söyüb?





A+  A-

Moskvada 40 yaşlı Areq Samveloviç adlı erməninin şəhərin mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında yerlə sürüdülməsini əks etdirən video-görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunur.

Areq sosial şəbəkələrdə mütəmadi olaraq müsəlmanları, Allahı və Quranı təhqir edib. O, öz videolarında çeçenləri və dağıstanlıları təhqir edərək bildirib ki, bundan sonra Moskvada "ermənilər hökmranlıq edəcək".

Ən maraqlı açqlamanı isə xuliqanlıq edən erməninin anası verib. O, jurnalistlərə bildirib ki, oğlunun müsəlmanlara qarşı mövqeyi, xüsusən də İslama qarşı düşmənçiliyi 2020-ci ildə II Dağlıq Qarabağ müharibəsindən sonra güclənib...

Areq Samveloviç deyib ki, çeçenlər tapançanın dəstəyi ilə qulaqlarımı sındırdılar.

Çeçenlər Andranikin qulağını kəsən Sultan bəydən nümunə götürsəydilər daha effektli olardı...

Məntiqlə Qarabağ itkisindən qəzəblənmiş Areq Samveloviç gərək azərbaycanlıları söysün. Görünür o, azərbaycanlılarla belə təhqiramiz söhbət etməyin bədəlinin ağır ola biləcəyindən çəkinib...

Elbəyi Həsənli

Xəbər 269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +