Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


29.05.2025  17:38 

Azərbaycan onunla birgə kövrəlir!





A+  A-

Prezident İlham Əliyevin xarektercə möhkəm, hətta sərt biri olduğu sirr deyil. Onunla təmas imkanı olan məmurlar bu zəhmdən xəbərdardırlar...

Biz eyni zamanda Vətən müharibəsi zamanı və sonrasında davam edən proseslərin axarını izlərkən Prezidentin qətiyyətinin, dəmir iradəsinin davamlı şahidi olduq, olmaqda da davam edirik.

Amma bu iradəsi qaya kimi sağlam adam Qarabağa addım basan kimi kövrəlir.

Qarabağ ərazi olaraq nəhəng deyil, amma onun mənəvi hüdudları sərhədsizdir.

Könlümüzün Kəbəsidir Şuşa!

Bu qutsallığın fərqində olduğu üçün işğaldan azad edilmiş yurdumuzda mövcud hər nəsnə Prezident üçün xüsusi və emosional məna kəsb edir.

30 il bizdən qoparılmış dilbər parçamızda əsən külək də, axan çay da, qaynayan bulaq da "vətən" deyə pıçıldayır...

İlham Əliyev bunları duyur.

Ordakı görüşlərdə sadə vətəndaşın qəlbindən axan bir cümlə də, hansısa şeirdən tək misra da, qoltuqağacına söykənmiş qazinin fədəkar duruşu da, əsgər forması geyinmiş körpə balanın gözlərindəki məsumluq, üzündəki sevinc də, cənnətməkan şəhidlərimizlə sanki təmas nöqtəmiz olan üçrəngli bayrağımızın əzəmətlə dalğalanması da İlham Əliyevin kövrəlməsinə yetir.

Çünki qələbəmizin ucalığını, yaralarımızın dərinliyini bütün varlığıyla hiss edir!

Prezident kimi hiss edir, qələbənin memarı kimi hiss edir, amma ən önəmlisi vətəndaş kimi hiss edir.

O, vaxtilə düşmənin at oynatdığı, indi isə uca bayrağımızın dalğalandığı torpaqlarımıza müntəzəm səfərləri zamanı öz hiss və duyğularını gizlədə bilmir və ya gizlətmir.

Azərbaycan onunla birgə kövrəlir!

Bütövləşmə ordan başlayır!

Bəhruz Həsənov

Xəbər 954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +