Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir?
Bu FOTO hamını göz yaşlarına boğdu
Hansı məhsullar bahalaşıb?
Putin sülhə hazırlaşmır... - ZELENSKİ
TƏBİB-in sistemi çökdü: Xəstəxanalarda ajiotaj
O bir Azadlıq carçısı idi
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi


12.02.2025  12:18 

Qəzza getsə, Türkiyə də gedəcək





A+  A-

Donald Tramp ABŞ-ın Qəzzanı ələ keçirməsi və onun 2 milyon sakinini köçürməsi planı haqqında sosial şəbəkədə belə yazmışdı: “Bu, çox yaxşı qarşılandı... Birləşmiş Ştatlar buna daşınmaz əmlak alqı-satqısı kimi baxır”.

Bu ideya, yəni Fələstin xalqının Qəzzadan son nəfərinə kimi köçürülməsi təşəbbüsü (“orada heç kim olmayacaq” deyir) “çox yaxşı qarşılandı”mı? Elə isə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və regionun bir çox başqa ölkələri son günlər fələstinlilərin Qəzzadan köçürülməsinə dair istənilən plana qarşı olduqlarını açıq şəkildə niyə bəyan ediblər? ABŞ bu planda özünə investor kimi rol ayırıb. Və bu plana görə Fələstin xalqı Amerika imperializminin qurbanına çevrilir...

Bəllidir ki, Avropa Birliyi və İslam dünyası Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinə tərəfdardır. 150 ölkə Fələstini müstəqil dövlət kimi tanıyır.

Azərbaycan da bu sırada yer alır.

Özü də burda söhbət təkcə Fələstindən getmir. Söhbət Yaxın Şərqin böyük bir parçasının İsrail dövlətinin suverenliyi altına keçməsindən gedir. Amerika isə bu planı sülh və stabillik üçün təminat kimi dünya ictimaiyyətinə sırımağa çalışır. Və bu, nağıl deyil. Bu, etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Həm də daha əhatəli bir plan üçün tramplin mahiyyətindədir.

Nəyi qəsd edirəm?

ABŞ-ın İsraildə səfiri olacaq Mike Huckabee, Fox News-un "Sunday Morning Futures" proqramıda Maria Bartiromo verdiyi müsahibədə ipucu verir. Deyir ki, Donald Trump Qəzzanın boşaldılması ilə bağlı planı ilə Yaxın Şərqə "İncil nisbətində" bir dəyişiklik gətirmək istəyir...

Yaxın Şərqdə "İncil nisbətində" dəyişiklik nə deməkdir?

Dünyəvi dinlərdə Allahın İsrail övladlarına vəd etdiyi torpaqlardan söhbət açılır. Həmin torpaqlar “vəd olunmuş”, yəni Allahın yəhudilərə vəd etdiyi torpaqlar kimi təfsir olunur...

Böyük İsrail hazırda mövcud olan bir çox ölkəni öz içərisinə alır. O cümlədən Suriya və Türkiyənin bir hissəsi Böyük İsrailin tərkib hissəsi kimi təqdim olunur.

I Sionist Konqresində Dünya Sionist Təşkilatının yaradılması ilə yanaşı, gələcəkdə qurulacağı elan edilən İsrail Dövlətinin sərhədlərinin Nildən Fərat çayına qədər uzanacağı və bu dövlətin Böyük İsrail olacağı iddiaları da yer alıb...

Nədən ABŞ bu plana dəstək verir?

Mahiyyətə varmaq üçün bu sualın cavabı son dərəcə önəmlidir. Amerika dünyanın ən böyük evanqelist imperiyası sayılır. İncilin bir çox variantında Allahın İsrail övladlarına vəd etdiyi torpaqlardan söhbət açılır. Ona görə də mömin xristianların böyük əksəriyyəti, o cümlədən Amerikada dominant mövqelərə sahib olan evanqelist düşüncə Yaxın Şərqin böyük bir hissəsini yəhudilərin torpağı kimi görmək istəyir...

Dini mətnlər bəşəriyyətin indiki dönəminə də ciddi təsir edir. Məsələn, Qüds şəhərindəki Məbəd dağında yerləşən Məscidül-Əqsa müsəlmanlar üçün müqəddəs yerdir. İsra surəsinin birinci ayəsində bu məscidin adı çəkilir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Elə bu səbəbdən də yəhudi radikallar Məscidül-Əqsanın sökülməsini tələb edirlər. İstəyirlər ki, məscidin yerində yenidən yəhudi məbədi inşa etsinlər. Ona görə də bu məscidlər bağlı ciddi ixtisaslar olub. Heç şübhəsiz ki, bundan sonra da olacaq...

Mahiyyətdə Qəzzadan 2 milyon insanın qovulması gələcəkdə Türkiyənin də parçalanması deməkdir. Əlbəttə, nə Türkiyə, nə də bütövlükdə Türk Dünyası belə sərsəm planların reallaşmasına imkan verə bilməz...

Elbəyi Həsənli
İsveçrə/Sürix


Xəbər 118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm

12.02.2025  12:43 

Sabah Bakıda yağış yağacaq

12.02.2025  12:39 

Hansı məhsullar bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +