“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


01.02.2025  20:53 

ABŞ Rusiya ilə Ukrayna ilə bağlı danışıqlara başlayıb - Politoloq





A+  A-

“ABŞ prezidenti D. Tramp Ukrayna -Rusiya müharibəsinin dayandırılması üçün Rusiya ilə danışıqlar aparıldığını qeyd edib. Amma, təfərrüatlar barədə danışmayacağını vurğulayıb. Dövlət Katibi Marko Rubio həm Ukraynanın, həm də Rusiyanın güzəştə getməyi vacib olduğunu bəyan edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə partiyasının başqanın müavini siyasi ekspert Məhəmməd Əsədullazadə çıxış edib.

O, qeyd edib ki, D.Tramp danışıqlar yolu ilə müharibənin dayandırılmasına çalışır:

“D.Trampın bu açıqlamasından sonra Rusiya Ukraynaya geniş miqyaslı raket və aviasiya zərbələri endirib. Ukraynanın hərbi strateji obyektlərini vurub. Görünür, D.Tramp V.Zelenskini güzəştə məcbur edir.

Rusiya atəşkəsə gedəcəksə, tutduğu əraziləri geri verməyəcək. D.Tramp Ukrayna prezidenti V.Zelenskiyə təzyiq etmək üçün Rusiyanın iki gün ərzində geniş miqyaslı hücumuna səssiz qalıb.

Rusiya ilə danışıqlara getməklə D.Tramp Avropanı təhlükəsizlik arxitekturasına böyük zərbə vurub. Almaniya, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri Ukraynaya hərbi yardım etməsələr, D.Trampın Ukraynani V.Putinə güzəştə getməsi mümkün ola bilər.

D.Tramp 19-cu əsrdə əsası qoyulmuş Monro doktirinasina qayıtmaq ssenarisini işə salıb. Monro doktirinasina görə ABŞ Avropanın işinə qarışmır, Amerika qitəsinə tam nəzarəti üzərinə götürür. Demək olar ki, Avropa İttifaqının təhlükəsizliyi və NATO-nun mövcudluğu sual altındadır. Ağ Evin siyasi qərarlarini dəyişmək üçün V.Putin rusiyali yəhudi lobbisinin vasitəsilə D.Trampa təsir edə bilməsini istisna etmək olmaz.

Qeyd edim ki, Fransa prezidenti E. Makron NATO güvən olmadığını və Avropa ittifaqının özünün ordusunu qurmağı təklif edirdi. Fransanın təklifi reallaşa bilər. NATO-nun fəaliyyətini D.Tramp iflic edib.

Avropa ölkələri Rusiyaya qarşı tam birləşə və Ukraynaya ordu yeridə bilərlər. ABŞ Ukraynaya ordu yeritmək əvəzinə, Qəzza zolağına və Ermənistana hərbi heyət göndərir. Rusiya Ukrayna müharibəsinin Kiyevin leyhinə dəyişməsi üçün Avropa ölkələri tam həcmdə Ukraynaya dəstək olmasa, D. Tramp Avropa İttifaqını dörd il ərzində zəiflədə bilər”.




Xəbər 356 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +